Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ballistik raketlər Qarabağ müharibəsini yeni fazaya keçirir –EKSPERTLƏR MÜLKİ İTKİLƏRİN AZALMAYACAĞI FİKRİNDƏDİR

 

Dmitri Litovkin

“Nezavisimaya qazeta”, 12.10.2020

 

Yenixeber.org: Moskvadakı üçtərəfli danışıqlar sayəsində Azərbaycan və Ermənistan hərbçiləri arasındak əldə edilən atəşkəs Dağlıq Qarabağdakı vəziyyətin gərginliyini qismən azaldıb. Bütün cəbhə boyu aktiv döyüşlər böyük ölçüdə dayandırılıb. Eyni zamanda, Ermənistan və Azərbaycanın hərbi qurumları sanki bir-birini dərhal Qarabağ münaqişəsi zonasında atəşkəsi pozmaqda günahlandırıb. Hər iki döyüşən tərəfdən siyasətçilər də bu polemikaya qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Moskva razılaşmalarının əhəmiyyətini və ona sadiqliyini dərk edərək, “RBK” telekanalına verdiyi müsahibəsində Ermənistanla Dağlıq Qarabağ naminə münaqişədə qərarlı olduğunu bildirib: “Sona qədər gedirik. Dayanmamışıq. Hədəfimiz dəyişməz olaraq qalır: bütün dünya ictimaiyyəti tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünün bərpası, azərbaycanlıların ənənəvi yaşayış yerlərinə qayıtması”.

Öz növbəsində, tanınmamış “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Harutyunyan 1990-cı illərin ilk Qarabağ müharibəsi veteranlarının Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarına cəlb olunduğunu elan edib. “Vəziyyət ölümcüldür. Könüllülərlə aktiv görüşlərim var. Birinci Qarabağ müharibəsinin iştirakçıları mübarizəyə qoşulur”, – deyə Arutyunyan Bazar ertəsi öz “Facebook” səhifəsində yazıb.

Münaqişə tərəfləri hələ də uzun mənzilli ağır silah sistemlərinin istifadəsi ilə bir-birlərinə ara sıra atəş etməyə davam edirlər. Hadisə yerindən çoxsaylı foto və video görüntülər düşmənin “Toçka” və “Elbrus” əməliyyat-taktiki kompleksləri ilə “Smerç” raket sistemlərinin istifadəsini göstərir.

Oktyabrın 11-i gecəsi Azərbaycanın Gəncə şəhəri atəşə tutulub. Bakı “Toçka” raketinin atıldığını iddia edir. 7 nəfər ölüb, daha 30 nəfər müxtəlif dərəcədə yaralanıb. İrəvan da, öz növbəsində, Dağlıq Qarabağın paytaxtı Stepanakertin atəşə tutulmasından danışır. Şəhərdə çəkilən fotolarda yalnız ciddi dağıntı yox, həm də “Smerç” sisteminin partlamamış raketləri əks olunur.

Elə həmin gün Azərbaycan hərbi qurumu rəsmi “YouTube” kanalında müəyyən hava hədəfinin ələ keçirilməsi videosunu yayımlayıb. Kadrlarda adı açıqlanmayan hava hücumundan müdafiə sisteminin komanda məntəqəsində yerləşdirilən hərbçilərin hədəfi necə istiqamətləndirdiyi və onu məhv etmə əmri verdiyi görünür. Videonun altındakı yazıya görə, bu, “Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatını Mingəçevir istiqamətində Azərbaycan hava hücumundan müdafiə bölmələri tərəfindən məhv etmə anı”dır.

Hərbi ekspert Aleksey Ramm videodakı hədəfin drona bənzəmədiyinə inanır: “Yüksək sürətlə hərəkət edir və işləyən raket mühərrikinin xarakterik izini qoyur. Azərbaycan hərbçilərinin “Toçka” və ya “Elbrus” raketlərinin ələ keçirilməsini göstərdiyini güman etmək olar. Bakı Mingəçevirə bu cür sistemlərlə atəş açma faktlarını bir neçə dəfə bildirib. Məsələn, oktyabrın 4-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”-də Ermənistan Silahlı Qüvvələrinin bu sənaye şəhərinə raket hücumu başlatdığını yazıb”.

Hərbi mütəxəssis vacib bir detalı vurğulayır: ilk dəfə münaqişə tərəfləri zenit-raket komplekslərindən fəal şəkildə istifadə etməyə başlayıblar. “Dağlıq Qarabağdakı müharibədə Rusiyanın “S-300” zenit sistemləri ilə silahlanmış dövlətlərin ilk silahlı toqquşması olduğuna inanmaq üçün bütün əsaslar var”.

“S-300” sistemi böyük sənaye və inzibati obyektləri, hərbi bazaları və komanda məntəqələrini düşmən aviasiya-kosmik hücum silahlarının: təyyarələrin, qanadlı və ballistik raketlərin hücumlarına qarşı müdafiə etmək üçün nəzərdə tutulub. “300” modifikasiyasından asılı olaraq obyektlər 75 ilə 200 km aralığında tutulur. Sistem avtomatik olaraq hədəfləri təyin edir, tutur və izləyir, raketlərə rəhbərlik edir.

Hərbi Elmlər Akademiyasının professoru Vadim Kozyulin Suriyada Rusiya Aerokosmik Qüvvələri tərəfindən “300”ün istifadəsinin, həqiqətən, məsuliyyət bölgələrində uçuşa qadağan bölgə tətbiq etdiyini söyləyir. “S-300” sayəsində Amerika və İsrail təyyarələrinin Suriya hökumət qüvvələrinin mövqelərinə hava zərbələri endirmək qeyri-mümkün olub. Hətta 2017-ci ildə ABŞ “Tomahawk” qanadlı raketlərinin Şəyrat hava bazasına hücumu belə, raketlərin Rusiyanın “S-300”-nün məsuliyyət zonasına düşməməsi üçün planlaşdırılmışdı”.

Azərbaycan “300”ün ən müasir ixrac modellərindən biri olan “S-300PMU-2” sistemi ilə silahlanıb. Artıq 2010-cu illərin əvvəllərində Bakının bu qurğuların üç hissəsini aldığı məlumdur. Ancaq Ermənistanın “300” sistemi o qədər də müasir deyil. “Military Balance-2020”-yə görə, bu ölkə “S-300PS” və “PT” kompleksləri ilə silahlanıb. Onlar 1980-ci illərin buraxılışıdır.

Dağlıq Qarabağdakı münaqişə zamanı həmin sistemlərin məhv edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün prioritet vəzifələrdən biri olub. İrəvanda da olduğuna görə Bakı praktik olaraq təyyarələrdən istifadə etmir. Mütəxəssislərin fikrincə, “Su-25” həmlə təyyarəsindən erməni qoşunlarının mövqelərinə zərbə endirmək və uyğun ehtiyatlara atəş açmaq üçün fəal şəkildə istifadə etmək olar.

Aleksey Ramm bildirib: “Su” erməni silahlı birləşmələrinin əks-hücumlarına qarşı mübarizə aparan təsirli bir vasitə ola bilər. Öz növbəsində, İrəvan da əsas kartından – son çoxfunksiyalı super-manevr qabiliyyətli “Su-30SM” qırıcılarından istifadə etmir. Bunlar Azərbaycan mənzil-qərargahına, pilotsuz uçan aparatların idarəetmə nöqtələrinə zərbə endirmək və hətta uzun mənzilli raket sistemləri “Spike-ER” və “NLOS” ilə vuruşmaq üçün istifadə edilə bilər”.

İndi Azərbaycan və Ermənistan hərbçilərinin təqdim etdiyi son məlumatlardan belə çıxır ki, döyüş əməliyyatları bərpa edilərsə, əvvəlki kimi, eyni uzun mənzilli çoxsaylı raket sistemləri və əməliyyat-taktiki kompleksləri ilə aparılacaq. Buna görə mülki əhali arasında məhv və itkilər azalmayacaq.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam