Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə -pandemiya necə təsir edib?

Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə pandemiya necə təsir edib?

“Koronavirus pandemiyası Azərbaycan ilə Türkiyə arasında münasibətlərə insanların qarşılıqlı olaraq gediş-gəlişinə məhdudiyyət qoyulmasından başqa mənfi təsir göstərmədi. Əksinə, ikitərəfli münasibətləri gücləndirəcək  önəmli hadisələr yaşandı”.

Yenixeber.org: Bunu müsahibəsində Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.

Onun sözlərinə görə, həmin vacib hadisələrdən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttininin strateji önəminin artmasıdır: “Pandemiyaya baxmayaraq iki ölkə arasında qarşılıqlı əlaqə BTQ vasitəsilə daha da gücləndi. Türkiyənin Azərbaycan ilə həyata keçirdiyi ən strateji yatırımlardan biri olan BTQ-nin vacibliyi bu vasitə ilə bir daha ortaya çıxdı. Asiya ilə Avropanı bir-birinə bağlayan ən vacib xətlərdən biri olan BTQ dəmir yolunda pandemiya dövründə vacib miqdarda yük daşınaraq ticarətin davam etməsi təmin edildi. Qatar xidmətlərinin və yükgötürmə qabiliyyətinin artırılması, ixrac və idxal üçün uyğun konteyner vaqonlarının ayrılması, Qars, Canbaz və Axalkalaki terminallarında ötürmə fəaliyyətinin inkişafı, təmassız proseslərin başlanması, dezinfeksiya və bənzər proseslər kimi əməliyyatlar nəticəsində xeyli miqdarda ixrac və idxal həyata keçirildi".

O bildirib ki, pandemiya dövründə BTQ dəmir yolu xətti ilə 1 692 vaqon ilə 77 447 ton idxal, 1 726 vaqon ilə 60 571 ton ixrac olmaqla ümumilikdə 138 min ton yük daşınıb: "BTQ dəmir yolu xətti ilə Türkiyədən Qazaxıstana, Azərbaycana, Gürcüstana, Özbəkistana, Türkmənistana, Qırğız Respublikasına, Rusiyaya və Çinə tikinti, qida və təmizləyici maddələr, avtomobil, kənd təsərrüfatı məhsulları və təzə tərəvəz və meyvələr kimi kənd təsərrüfatı və sənaye məhsulları göndərildi. Bu ölkələrdən Türkiyəyə isə taxıl, metal, elektronika məhsulları ilə ehtiyat hissələri, sink, gübrə, mis, kimyəvi məhsullar gəldi. BTQ dəmiryol xətti açıldıqdan bəri, cəmi 9 280 vaqon ilə 582 min ton yük daşınıb”.

 

 

Türkiyənin təbii qaz idxalında Azərbaycanın birinci olması

S.Akat vurğulayıb ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının mart ayına yaydığı statistikaya görə, Azərbaycanın Türkiyəyə həyata keçirdiyi təbii qaz ixracı Rusiyanı ötüb və Azərbaycan mart ayı ərzində Türkiyəyə ən böyük həcmdə qaz ixrac edən ölkə olub.

Ticarət göstəriciləri artıb

Onun sözlərinə görə, pandemiya dövründə iki ölkə arasında ticarət əlaqələri dayanmadı: “Belə ki, yanvar-iyun ayları ərzində Türkiyənin Azərbaycana ixracı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 812 mln ABŞ dolları səviyyəsinə çatıb. Azərbaycan illik 1 mlrd ABŞ dollarından çox ixrac həyata keçirdiyimiz ölkələr arasında yer alır.

“İki ölkə arasında ticarət əlaqələri ilə yanaşı, investisiyalarda strateji səviyyəyə çatıb. Hazırda 2 467 Azərbaycan şirkəti Türkiyəyə 6,9 milyard ABŞ dolları məbləğində, 3 400 türk şirkəti isə Azərbaycana 6,6 milyard ABŞ dolları məbləğində investisiya yatırıb”, - Selçuk Akat bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam