Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Yaranmış vəziyyət əhalini ciddi sıxıntılara məruz qoyub”

 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Rusiya nümayəndəliyinin yaradılması məqsədilə bu ölkəyə səfər etmiş qurumun sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov məlum hadiəsələrdən dolayı iqtisadi çətinliklər yaşayan Rusiyanın hazırkı durumuna dair müşahidələrini açıqlayıb.  
"Xeberinfo.com":  Məlumata görə, BAİAB sədri qeyd edib ki, daxili ticarət sisteminin  “öz fəaliyyətini” çox operativ şəkildə rublun düçar olduğu enişə uyğun “yenidən” qurması, Rusiya bazarında ən qabarıq nəzərə çarpan haldır: “Xaricdə istehsal olunan mallların qiymətlərinin rublun kursuna uyğun dəyişməsi və hətta komponentləri xaricdən gətirilən yerli istehsal mallarının qiymətlərinin kəskin şəkildə artması nə qədər başa düşülən olsa da,  yerli xammaldan istehsal edilən malların və hətta əhaliyə göstərilən adi xidmətlərin qiymətlərinin eyni qayda ilə yüksəlməsi bir o qədər anlaşılan deyil. Əsaslı və əsası olmadan ərzaq məhsullarının və digər malların qiymətlərinin bəzi mal məhsul qrupları və xidmətlər üzrə 30%-dən 70%-ə qədər bahalaşması, bu bahalaşmanın bir sıra mal, məhsul  və xidmət növləri üzrə bəzən iki dəfəyə qədər çatması əmək haqları və təqaüdlərin artırılmadığı bir vəziyyətdə insanlar üçün ciddi problemlər yarada bilmişdi. Bəzi mal, məhsul və xidmət növləri üzrə qiymətlərin heç bir əsas olmadan artımı isə insanlarda təbii olaraq qıcıq yaradır. Məsələn, mənzil sahiblərinin mənzil istismar sahələrinə xidmətə görə ödədikləri haq bir sıra regionlarda 2 dəfəyə qədər yüksəlib. Mənzil xidmət haqllarının qalxmasına səbəb ola biləcək əsas amillər enerji, yanacaq qiymətlərində və mənzillərə xidmət göstərən heyətin əmək haqqlarında baş verə bilən artımlar səbəb ola bilər. Bunlar isə baş verməyib. Belə olan halda mənzil xidmət haqqının kəskin artımı əhali tərəfindən başa düşülmür”. 
 Avtomobillərin icbari sığortalanmasının dəyərinin 40%-ə qədər artırılmasının da əhali arasında narazılıqla qarşılandlğını deyən F.Yusifov bu quymət artımının  əhalinin orta və az təminatlı təbəqəsinə aid olan avtomobil sahibləri üçün heç nə ilə izah olunmadığını deyib: “Çünki bu təbəqədən olan insanlar əsasən yerli istehsal olan avtomobillərdən istifadə edirlər. Bu avtomobillərin qiymətində elə ciddi artım müşahidə olunmadığı  halda ölkə daxilində icbari sığorta haqlarının 40%-ə qədər yüksəlməsi çətin izah olunur. Əgər burada söhbət xaricdə istehsal edilmiş  avtomobilin qəzaya düşdükdən sonra sığorta təşkilkatının vəsaiti hesabına təmirindən gedirsə, onda nəzərə almaq lazımdır ki, belə avtomobillər Rusiyada bir qayda olaraq “kasko” sögorta xidmətindən istifadə edirlər ki, bu sığorta xidmətinin dəyəri isə son aylarda 2 dəfədən də çox artmışdı. Yəni icbari sığorta haqqının 40%-ə qədər artımı əhalinin orta və az təminatlı təbəqəsinə daha çox aid olur. Bu qayda ilə çoxlu başqa misallar gətirmək olar. Bütün bunlar onu göstərir ki, rublun ABŞ dollarına nisbətən kursunun dəyişməsi Rusiyada mal, məhsul və xidmətlər sahəsində idarə olunmayan spikulyativ bir abu-hava yaratmışdı. Əgər baş verən qiymət artımları şəraitində əhalinin əmək haqları, təqaüdlərı artırılmırsa deməli insanların həyat səviyyəsi də getdikcə aşağı düşür və bu vəziyyət əhali tərəfindən narazılıqla qarşılanır. İqtisadi böhranın getdikcə dərinləşməsi səbəbindən insanlar qiymət qayçısı vasitəsilə öz gəlirlərini daha çox itirməyə məruz qalırlar. Bütün bunlar Rusiyada əhalinin həyat tərzinin rublun ABŞ dollarına nisbətən dəyərdən düşməsinə uyğun bir şəkildə aşağı düşdüyünü göstərir”. 
Rusiya ilə Azərbaycan arasında paralellər aparan BİAB sədri diqqəti ölkəmizdəki iqtisadi sabitliyə yönəldib: “Ukraynada baş verən hadisələr və bu hadisələrdə tutduğu mövqeyinə görə Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyaların təsiri nəzərə alınsa da belə hər iki ölkə neft-qaz istehsal edir və onların iqtisadiyatı bu yanacaq növlərindən kifayət qədər asılıdır. Bu gün Rusiya öz iqtisadi gücünə görə Azərbaycanı kifayət qədər üstələyir. Bunu hər adam başına düşən ümumi daxili məhsulun, qızıl-valyuta ehtiyatlarının həcminə dair göstəricilər də təsdiq edir. Bu göstəricilər Rusiyada bizdəkindən xeyli yüksəkdir. Belə olan halda ortaya sual çıxır. Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir şəraitdə Rusiya kimi neft ölkəsi olan Azərbaycanda milli valyutanın sabitliyinin və buna uyğun mal, məhsul və xidmətlərin qiymətlərinin sabitliyinin kökündə nə dayanır? Bu sabitliyin kökündə Rusiya ilə müqaisədə Azərbaycan hökumətinin daha dəqiq apardığı iqtisadi və maliyyə siyasəti durur. Digər tərəfdən əhalinin həyat tərzinə təsir edə biləcək az qala hər bir məqamın dövlət səviyyəsində nəzarətə götürülməsi bizdə heç bir spikulyatıv gedişlərə imkan vermir. Bu çox vacib bir məsələdir. Təssüf ki, bu gün ölkəmizdə heç də hamı bunu lazımınca qiymətləndirməyi bacarmır”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam