Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Paşa Holding” xaricdəki törəmə banklarını tərkibindən çıxara bilər –“S&P”

 

“Paşa Holding” kapital dəyərinə məzənnə dəyişikliklərinin təsirindən yaxa qurtarmaq üçün Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan törəmə banklarını tərkibindən çıxara bilər.

Yenixeber.org: Bu barədə “S&P Global Ratings” agentliyinin dəyərləndirməsində bildirilir.

Agentliyin rəyinə görə, “Paşa Bank”ın risqə görə dəqiqləşdirilən (risc-adjusted capital – RAC) kapital əmsalı ilə ölçülən məcmu (Gürcüstan və Türkiyədəki törəmə banklarını da əhatə etməklə) kapital dəyəri qarşıdakı iki il ərzində dəyişkən olacaq: “Bunu şərtləndirən biznesin yüksək (15-20 faiz) artım sürəti, səhmdar tərəfindən 1-ci dərəcəli kapital dəstəyinin göstərilməməsi, ehtiyat yaratmağa böyük ehtiyac müqabilində daha az mənfəət göstəriciləridir. Bankın məcmu RAC göstəricisi 2018-ci ildəki 6,6 faizə qarşı 2019-cu ilin sonunda 5,5 faizədək enməklə yaxın 12-18 ay ərzində 4,7- 4,9 faizədək geriləyəcəyini güman edirik”.

Ötən il ərzində “Paşa Bank”ın holdinq tərəfindən kapital dəstəyi görmədiyi, yaxın iki il ərzində də 1-ci dərəcəli kapital köçürmələrinin gözlənilmədiyi qeyd olunan agentliyin sənədində, eyni zamanda 2021-ci ildən başlayacaq yeni strateji dövr ərzində bankın səhmdar tərəfindən kapital dəstəyi alması ehtimalının olduğu da göstərilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam