Redaktor seçimi
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -
Günün xəbəri

Bank xidmətləri çökdü, dolları harada dəyişək?

 Azərbaycanda dolların alış-satışı ilə bağlı ciddi problemlər yaranıb. Əvvəllər dolları az qala hər küçədə yerləşən valyuta dəyişmə məntəqəsində milli pula çevirmək və ya əksini etmək mümkün idisə, indi bu, ciddi problemlə çevrilib

Yenixeber.org: Bu problem istirahət və bayram günlərində də daha ciddi formada biruzə verir. Banklar işləmir, əvvəlki kimi hər tinin başında valyuta dəyişmə məntəqəsi də yoxdur.
Bəs, nə etməli? Üz tutursan elektron valyuta dəyişmə məntəqələrinə. Amma buradakı mənzərə də ürəkağrıdandır.
Təsəvvür edin, Bakının mərkəzi küçələrindən olan “28 May”da yerləşən iki ən önəmli və ciddi bankın valyuta dəyişmə bankomatları yararsız haldadır.
“Kapital Bank”ın bankomatında pul yoxdur, “Paşa Bank”da isə bu sistem işləmir.
Bakı sakinləri onsuz da bu tip durumlara alışıb. Birtəhər yola verməyə çalışacaq. Bəs, ölkəyə səfər edən turist? “Kapital Bank” və “Paşa Bank”ın bankomatlarına pul dəyişə bilmədikdən sonra nə düşünəcək? Bəziləri üçün bu xırda məsələ kimi görünsə də, əslində çox ciddi problemdir. Biz də başa düşürük ki, elektron sistem çox gözəldir, amma yaxşı olardı ki, bu sözdə yox, əməldə tətbiq olunsun.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam