Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCANIN ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU:“Bank of Baku”, “Unibank”…

 

Azpolitika.info,

İqtisadiyyat şöbəsi

 

2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısına nəzər yetirdikdə onların bir neçəsinin vəziyyətinin o qədər də ürəkaçan olmadığı üzə çıxır. Riskli aktivlər adından da göründüyü kimi, bankların qiymət dəyişiminə uğraya biləcək aktivləridir, yəni bu aktivlərin müəyyən mənada banka vaxtında və tam qaytarılmaması, yaxud ümumiyyətlə batması ehtimalı mövcuddur.

Yenixeber.org: Qeyd edək ki, riskli aktivlərin çoxluğu əsas etibarilə bankların daha çox gəlir əldə etmək istəyindən, iştahasından irəli gəlir və onların böyük hissəsini yüksək faizlə verilmiş, az qala analoqu olmayan kreditlər təşkil edir. Bu isə təəssüf ki, Azərbaycan bankçılığı üçün adi hala çevrilib…

Lakin belə aktivlərin çoxluğu istənilən bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər. Və bu göstərici bankların riskli aktivləri qarşısında dayanıqlığını göstərən adekvatlıq əmsalını müəyyən etmək üçün olduqca vacibdir. Lakin bankların vəziyyətini əks etdirən əsas göstərici sadəcə riskli aktivlərin məbləği yox, daha çox həmin məbləğin bankın ümumi aktivlərindəki payıdır.

Misal üçün aşağıdakı cədvəldən göründüyü kimi, ən çox riskli aktivi olan “Beynəlxalq Bank”dır. Lakin bu bankın ümumi aktivləri riskli aktivlərindən 3 dəfəyədək çoxdur. Bu bankın məcmu kapitalı və adekvatlıq əmsalı da yüksəkdir. Eyni sözləri “Kapital Bank” və “Paşa Bank”a da aid etmək olar. Deməli, bu bankları qətiyyən riskli banklar hesab etmək olmaz, əksinə, onlar daha dayanıqlı sayıla bilər.

Ancaq misal üçün “AGBank”, “Bank of Baku” və “AccesBank” kimi bankların vəziyyəti daha riskli görünür. Məsələn, birinci rübün nəticələrinə görə, “AGBank”ın cəmi aktivləri 495 milyon manat təşkil edib. Bunun 430 milyondan artığı riskli aktivlərdir.

“AccesBank”ın isə cəmi aktivləri 800 milyon manat olduğu halda, riskli aktivləri təxminən 637 milyon manat təşkil edib. Bunlar kifayət qədər böyük rəqəmlərdir və risk dərəcəsinin yüksək olduğundan xəbər verir.

Riskli banklardan biri sayılan “AccesBank”ın İdarə Heyətinin sədri Anar Həsənov özü də bankın bir müddət zərərlə işləyəcəyini demişdi və bu proqnoz özünü doğruldub. Belə ki, bank birinci rübdə 74 milyon manat zərər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə(!) çoxdur. Bunun da səbəbi bankın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün böyük məbləğdə – 92 milyon manata yaxın vəsait ayırmağa məcbur olmasıdır. Bu faktın özü bankın riskli vəsaitlərinin çox olmasından xəbər verir. Və bütün bunlar ölkə başçısının problemli kreditlərin həllinə dair fərmanına rəğmən baş verməkdədir. Xatırladaq ki, bu fərman vətəndaşlarla yanaşı bankların da kreditlərlə bağlı problemlərinin əsaslı surətdə həll edilməsinə yönəlib.

Eyni sözləri “Bank of Baku”ya da aid etmək olar. Bankın cəmi aktivləri 271 milyon manata yaxın olduğu halda, riskli aktivləri təxminən 263 milyon manatdır.

“Unibank”da da bu sarıdan vəziyyət ürəkaçan deyil – 736 milyon manata qarşı 550 milyon riskli aktiv. Bu siyahını artırmaq və digər bir neçə bankı da əlavə etmək olar.

Bir məqamı da qeyd edək ki, riskli aktivlərin çoxluğu bankların dayanıqlığını göstərən ən başlıca göstərici – kapital adekvatlığı əmsalında da özünü biruzə verir və adlarını çəkdiyimiz bankların “axsadıqları” elə bu əmsalda da özünü göstərir. Sözügedən banklar həmin əmsalın ən aşağı olduğu banklar sırasındadır.

Bu sırada Elman Rüstəmova aid olduğu bildirilən “Bank Respublika” da var. Bu bankın məcmu kapitalı onun risk ölçülü aktivlərinin cəmi 10 faizini təşkil edir. “AGBank” da eyni vəziyyətdədir – 10.11 faiz.

Ötən rüb məcmu kapitalı 90 milyon manata çatan “AccesBank” yalnız kapitallaşma hesabına bu göstəricisini qismən düzəldə bilib və 14 faizə çatdırıb. Birinci rübün nəticələrinə görə, adekvatlıq əmsalı çox zəif və minimal normadan da aşağı, yəni vəziyyəti daha “sürüşkən” olan isə “Bank of Baku”dur – 6.5 faiz.

Yuxarıda qeyd etdiklərimiz dövlət səviyyəsində güzəştlərə və yaradılan şəraitə rəğmən əsas etibarilə ayrı-ayrı məmur-oliqarxların nəzarətində olan Azərbaycanın bank sektorunun fəaliyyətinin hələ də qənaətbəxş olmamasının daha bir göstəricisidir. Xatırladaq ki, məhz bank sektoru yenə də müasir standartlara, normalara tam uyğunlaşa bilməyən və əhalinin ən çox şikayət etdiyi, narazı qaldığı sahələrdən biri olaraq qalmaqdadır.

 

2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısı:

Bank Riskli aktivlər 
(manat)
Beynəlxalq Bank 3 179 648 000
Kapital Bank 2 253 328 000
Paşa Bank 2 204 907 000
Xalq Bank 1 863 461 880
Premium Bank 827 735 000
AccessBank 636 948 240
Atabank 59 661 2580
Unibank 550 062 000
Muğanbank 523 024 260
Bank Respublika 461 713 000
ASB Bank 449 761 120
AGBank 430 187 279
Rabitəbank 376 043 000
Nikoil Bank 293 273 330
Expressbank 292 804 000
Bank of Baku 262 992 780
Ziraat Bankı 251 372 930
NBC Bank 245 421 000
Bank BTB 235 156 000
Azər Türk Bank 224 087 640
Gunay Bank 184 649 450
AFB Bank 177 423 170
VTB Bank Azərbaycan 143 365 910
Bank Avrasiya 99 490 900
Naxçıvanbank 52 969 270
Pakistan milli bankının Bakı filialı 4 046 500

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam