Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polşa -Azərbaycanı vacib iqtisadi tərəfdaş hesab edir

Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda daha vacib siyasi və iqtisadi tərəfdaşına çevrilir.

Yenixeber.org:  Bunu  Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.

Onun sözlərinə görə, 2018-ci ilin iyulunda Polşanın Bakıda ticarət nümayəndəliyi açılıb:

“Fəaliyyətə başladığı gündən nümayəndəlik 233 Polşa və 45 Azərbaycan şirkətinə xidmət göstərib. Bizə qida, kosmetika sənayesi, səhiyyə, tikinti, İT kimi sahələrdə işləyən şirkətlər müraciət edir”.

Direktor qeyd edib ki, Bakıdakı ticarət nümayəndəliyi iki ölkə arasında biznes əlaqələrinin qurulması olan bir sıra tədbirlər keçirib:

“2019-cu ilin mayında hər iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu təşkil olunub. Forumda Polşa və Azərbaycan şirkətlərinin 100-dək nümayəndəsi iştirak edib. Forum çərçivəsində əməkdaşlıq haqqında 7 memorandum imzalanıb. Bu sənədlər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsində müsbət rol oynayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam