Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Polşa ilə İsrail arasında "soyqırım böhranı"

 

Polşa ilə İsrail arasında "soyqırım böhranı"
Polşanın baş naziri Mateuş Moraveçkiy bəyan edib ki, sabah Qüdsdə keçiriləcək IV İsrail-“Vışeqrad qrupu” ölkələri (Polşa, Çexiya, Macarıstan və Slovakiya) sammitində Polşa iştirak etməyəcək və ölkəni sammitdə heç bir rəsmi nümayəndə təmsil etməyəcək.
 Moraveçkiy bu qərarın israilli rəsmilərin Polşa əleyhinə səsləndirdikləri irqçi bəyanatlara layiqli cavab olduğunu deyib. 

“Mən qərara gəldim ki, XİN rəhbərimiz də görüşdə iştirak etməyəcək. Çünki bizim üçün tarixi həqiqət fundamental əhəmiyyət daşıyır. Biz diplomatiyada irqçi ritorikanın istifadəsi ilə razılaşa bilmərik. Biz dünyanın hər yerində polşalıların şərəfini müdafiə edəcəyik” – baş nazir Moraveçkiy vurğulayıb. 

Onu da bildirib ki, “Vışeqrad qrupu”nun digər üzvləri rəsmi Varşavanın bu qərarına hörmətlə yanaşdıqlarını deyiblər. 

Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz İkinci Dünya Müharibəsi illərində Polşanı yəhudilərə qarşı düşmənçilikdə ittiham edərək “polşalılar ana südü ilə birlikdə yəhudi düşmənçiliyi də içiblər” deyib. İsrailin baş naziri Benyamin Netanyahu isə polşalıları nasistlərlə əməkdaşlıqda ittiham edib. Məsələ ilə bağlı artıq İsrailin Varşavadakı səfiri PolşaXİN-ə çağırılaraq rəsmi etiraz bildirilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam