Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə səfiri:"İqtisadi əlaqələri genişləndirmək üçün ticarət yetərli deyil"

 

2018-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2017-ci ilə nisbətən təxminən 30% artaraq 3,4 milyard ABŞ dollarına çatıb.

Yenixeber.org: Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.

Bununla belə, onun sözlərinə görə, bu rəqəm kifayət deyil: “2015-ci ildən sonra ticarət dövriyyəmizin 5 milyard dollarlıq səviyyəsi olub. Əsas məqsədimiz qısa zamanda həmin rəqəmi bərpa etmək və daha da artırmaqdır”.

Səfir Türkiyənin vitse-prezidentinin bir neçə gün əvvəl Bakıya etdiyi səfər barədə də danışıb və hökümətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha genişləndirilməsi olduğunu vurğulayıb: “İqtisadi əlaqələrin daha da genişləndirilməsi vacibdir. Bunun üçün ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların məbləği artırılmalıdır. Bundan sonra ona fokuslanacağıq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam