Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Neft erasının sonu

 

“20-ci əsrin neft alğısı ilə 21-ci əsrin neft alğısı arasında ciddi, fundamental fərqlər var. Məhz bu fərqə və yeni texnologiyalara görə əminliklə söyləmək olar ki, indiki neft qiymətlərinin enməsi digər dövrlərdən ciddi şəkildə fərqlənir”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Ekspertin sözlərinə görə, texnologiyanın sürətli inkişafı neft erasının sonunu gətirir:

 

* Neft bazarı ilə maraqlananlar bilir ki, neftin qiymətində zaman-zaman enmələr-qalxmalar, dalğalanmalar olur, var və bundan sonra da olacaq. Amma bu dəfəki enmənin digər dövrlərdən bir çox fundamental fərqləri var. Əvvəlki dalğalanmalarda əsas rolu “neft tükənir” teoriyası oynayırdı. İndi isə məlum olur ki, 1990-cı ildə dünya üzrə təsbit olunmuş neft yataqlarının həcmi 2014-cü ildə təsbit olunmuş yataqlardan 6 dəfə azdır. 

 

* 20-ci əsrdə baş verən neft qiymətinin dalğalanması həm də uzun illər alternativlərin olmayacağı nəzəriyyəsinə bağlı idi. İndi isə həm slans yataqları dünyada təsbit olunur və hasilat artır, həm də (daha önəmlisi məhz budur) alternativ və “yaşıl” enerji istehsalı imkanları fantastik dərəcədə artıb. Yeni texnologiyalar, elmi araşdırmalar, kəşflər bu sahədə sürətli və inqilabi dəyişikliklərə gətirib çıxarıb. Təsəvvür edin ki, cəmi 8-10 il öncə külək enerjisinin maya dəyəri hər kilovatt üçün 20-30 sent idisə, bu gün bu rəqəm 6 sentə düşüb. Günəş enerjisində analoji olaraq bu rəqəm 12-16 sent idisə, indi bu 2-3 sentə qədər ucuzlaşıb.

 

* Keçən əsrin 90-cı illərində dünyada istehlak olunan neftin 36-38 faizi daxili yanma mühərriklərinin payına düşürdüsə, indi bu rəqəm 22-24 faizə qədər enib və yaxın 5 ildə 18 faizə qədər enmə ehtimalı var. Bu gün artıq elektrik, hibrid, hidrogen motorlu avtomobillər, uçaqlar reallıqdır və bunların bazar payı hər il sürətlə artır.

 

* Neftin və qazın maya dəyəri strukturu yeni texnologiyaların tətbiqi nəticəsində köklü şəkildə dəyişib. Keçən əsrdə maya dəyərində ən böyük paya kəşfiyyat-qazma işləri malik idi. Yeni texnologiyalar indi quruda və suda kiçik qrup alimlərin iştirakı ilə kəşfiyyat işlərinin aparılmasına imkan verir. Bu işlər 20-ci əsrdən yüzlərlə dəfə ucuz başa gəlir. Slans nefti isə lap unikaldır: kəşfiyyat bitdikdən sonra cəmi 1,5 milyon dollara, 8-10 nəfərlə 1 həftə ərzində hasilata başlamaq mümkündür. Maya dəyərində digər önəmli yeri qazma işlərinin bahalığı tuturdu. İndi yeni növ qazma qurğuları, baltaları həm hasilat üçün zamanı, həm də xərcləri azaldır. Həmçinin insan əməyini də məhdudlaşdırır ki, bu da maaş ödəmələrində, dolayısı ilə maya dəyərində azalmalara səbəb olur.

 

Bir sözlə 20-ci əsrin neft alqısı ilə 21-ci əsrin neft alqısı arasında ciddi, fundamental fərqlər var. Məhz bu fərqə və yeni texnologiyalara görə əminliklə söyləmək olar ki, indiki neft qiymətlərinin enməsi digər dövrlərdən ciddi şəkildə fərqlənir. Buna görə də prosesin uzun müddətli, bəlkə də əbədi olması ehtimalı çox yüksəkdir..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam