Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın inşaat naziri:"Bakı şəhərsalma baxımından böyük irəliləyiş edib"

 

"Dəfələrlə Bakıda olmuşam. Hesab edirəm ki, Bakı şəhərsalma baxımından böyük irəliləyiş edib. Bakı yaxşı mühiti olan, rahat və çox təhlükəsiz müasir şəhərdir".

Yenixeber.org:  Bu fikirləri Rusiyanın inşaat və mənzil-kommunal təsərrüfatı naziri Vladimir Yakuşev XXIII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.

"Hələ nazir olmadığım zamanlarda, qubernator olduğum dövrdə gecə şəhər mərkəzində təhlükəsizlik məsələlərini xüsusi olaraq müşahidə etmişəm. Çox təhlükəsiz şəhərdir. Yol təsərrüfatı, yol qovşaqlarının necə qurulması məni heyran edib", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın çox yaxşı inşaat məktəbi var: "Hamımız Sovet İttifaqından çıxmışıq, amma SSRİ-də də bir neçə istiqamət olub. Bax, Azərbaycan da belə ciddi inşaat məktəblərindən biridir. Siz yalnız ölkənizdə yox, onun sərhədlərindən çox uzaqda da tikmisiniz. Özü də yalnız mənzillər yox, həm də infrastruktur obyektləri, neft obyektləri tikmisiniz. Sizdə hər zaman güclü mütəxəssislər olub və indi də var".

Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafından danışan Vladimir Yakuşev ölkələrimiz arasındakı əlaqələrin çox isti, dostcasına olduğunu vurğulayıb: "Bilavasitə mənim sahəm - tikinti, mənzil-kommunal təsərrüfatı, şəhər mühiti üzrə Azərbaycandan olan həmkarlarla qarşılıqlı anlayış şəklində çalışırıq. Əminəm ki, biz bu istiqamətdə hərəkət etməyə davam edəcəyik. Xüsusən indi milli layihənin həyata keçirilməsi çərçivəsində yeni kreativ həllər axtarmaq lazımdır. Əminəm ki, həmkarlarımdan çox şey öyrənəcəyəm. Əlbəttə ki, biz tərəfdə olan bütün maraqlı şeyləri də onlarla bölüşəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam