Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Əlbir olub “İron İnşaat” Hacıbala Abutalıbovla -Bakıda zorla satın alınan ev

Əlbir olub “İron İnşaat” Hacıbala Abutalıbovla
“İron İnşaat” MMC razılaşma əldə etmədiyi mülk sahibini məhkəyə verərək pul kompensasiyası qarşılığında mənzilindən çıxarmaq istəyir.

Yenixeber.org: Bu barədə redaksiyamıza mənzil sahibləri Qurban Məmmədov, Rövşən Məmmədov, Kamran Məmmədov, Səadət Vəliyeva məlumat veriblər.

Rövşən Məmmədov bildirib ki, 4 ildir “İron İnşaat” MMC onları mənzillərindən çıxarmaq istəyir:

“İron İnşaat” MMC Bakı şəhər, Nərimanov rayon N.Yusifbəyli küçəsindəki həyət evlərini alan zaman qiymətdə razılığa gəlmədik. Onlar da evi almadı, binanı bizim evin arxasından tikdi. “İron İnşaat” MMC binanı evimizə bitişik tikib. Evlə bina arasında heç bir məsafə yoxdur. Ara məsafəsi olmadığı üçün məhkəməyə müraciət etdik. Məhkəməni udduq. Ancaq Ali Məhkəmə şirkətin xeyrinə qərar çıxardı. Qanuna görə, bina ilə yaşayış yeri arasında məsafə saxlanılmalıdır. Yaranmış vəziyyətdən əsəb xəstəliyi tapan atamın müalicəsi ilə məşğul olduq. Şirkət isə binanı ucaltmağa başladı. Binanın ikinci mərtəbəsinin balkonu bizim evin üstündədir. Bina artıq tikilib qurtarmaq üzrədir”.

Şikayətçilərin sözlərinə görə, “İron İnşaat” MMC-nin rəhbərliyi onları Bakı şəhər İcra Hakimiyyətinin adı ilə hədələyib. İddiaya əsasən, şirkət rəhbərliyi mülk sahiblərinə BŞİH-in həmin yeri onlara hansı yolla olursa-olsun verəcəyini deyib.

2017-ci ildə Fövqəladə Hallar Nazirliyi, BŞİH və “İron İnşaat” MMC mülk sahibini məhkəməyə verib. 3 qurumun iddiası vətəndaşların yaşadıqları mənzildən köçürülməsi olub. İddia ərizəsində qeyd edilib ki, ev “İron İnşaat” MMC-nin abadlıq sahəsinə düşür.

Rövşən Məmmədov bildirir ki, Nəsimi rayon Məhkəməsində hakim Natavan xanım iddianı rədd edib:

“Onlar rədd edilmiş işi Apellyasiya Məhkəməsinə verdilər. 2018-ci il aprel ayının 14-ü məhkəmə olacaqdı, ayın 9-u Hacıbala Abutalıbov vəzifədən azad edildi. FHN, BŞİH və “İron İnşaat” MMC-nin nümayəndələri məhkəmə iddialarını geri götürdülər. Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı və belə bir qərar çıxardı ki, həmin iddiadan şikayət verə bilməzlər. Bundan sonra “İron İnşaat” MMC bizə təklif etdi ki, ev sökülsün, yerində 2-3 mərtəbəli qeyri-yaşayış obyekti tikilsin, bu obyekti yarı-yarı bölək. Biz məsələnin qanuni yolla həll edilməsini istəyəndə, onlar təklifi geri çəkdilər. O zaman anladıq ki, şirkətin tək məqsədi evimizi sökməkdir. Sökəndən sonra qalacaqdıq ortalıqda”.

Şikayətçilər bildiriblər ki, bu il iyun ayının 30-da “İron İnşaat” MMC yenidən onları məhkəməyə verib.

Rövşən Məmmədovun sözlərinə görə, qaldırılan iddia sözün əsil mənasında gülüncdür:

“Şirkət məhkəməyə müraciət edib ki, vətəndaşın evinin 1 kvadrat metrinin 1600 manatdan şirkətə satılması təmin edilsin. Çox maraqlıdır ki, hakim məsələni uzadır, hətta tikinti ekspertizası təyin edib. Ev mənimdir, 1988-ci ildən orada yaşayırıq, sənədləri də qaydasındadır. Satmaq istəmədiyim mülki necə məcbur satdıra bilərlər ki?”.

Mülk sahibi sonda bildirib ki, 4 ildir “İron İnşaat” MMC onlara insan kimi yaşamağa imkan vermir.

Bundan əlavə, iddialara görə, şirkət dəfələrlə mənzil sahiblərini təxribata çəkib, hətta evlərində olduqları zaman divarlarını da uçurdub.

Qeyd edək ki, bütün cəhdlərimizə baxmayaraq, “İron İnşaat” MMC ilə əlaqə saxlamaq mümkün olmadı.(yeniçağ.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam