Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Maliyyə Nazirliyi dövlətin 163 milyon manatını “Kapital Bank”a niyə verib?–İqtisadçı ekspert ehtiyat vəsaitlərin başına gətirilənləri açıqladı

Rövşən Ağayev

İqtisadçı ekspert

Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 mlrd. dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam. Amma 3-cü mənbə də var – Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 mlrd. dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir. Bu ehtiyatlar necə formalaşır?

Yenixeber.org: “Büdcə sistemi haqqında” Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür. Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir.

Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəiznə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirlyinin saytında bu barədə ümumiyyətlə məlumat yoxdur. Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb.

Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 mlrd. manatdır.Onun 981 mln. manatı qanunvericiliyə uyğun olaraq saxanmaq üçün Neft Fonduna, 19.8 mln. manatı isə Beynəlxaql Banka verilib. 163 mln. manatı “Kapital Bank”da yerləşdirlib.

Amma qanunvericilikdə nəzərdə tutulmadığı halda il ərzində qaytarılmaq şərtilə Dövlət Neft Şirkətinə və Dövlət Dəmiryoluna ssuda kimi verilib. Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifdasənin qanunuyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirlilyi qanunda nəzərdə tutulmadığı halda dövlət resurslarını dövlət şirkətlərinə borc verir.

Ümumiyyətlə hökumətin sərbəst maliyyə resurslarının (təkcə xəzinə qalığınıdan söhbət getmir) banklarda yerləşdirilməsində də ədalətli mexanizmlər olmalıdır. Yaxınlarda Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsi ilə bağlı qaydalar qəbul edildi. Bu tiq qaydanın tətbiqinə bizdə də ehtiyac var.

Yeri gəlmişkən, son illər həcmi 1.5-2 mlrd. manatdan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3 -4 mln. manat gəlir əldə edib. Yəni gəlirlilik 0.2-0.3%.

Uzun illər Britaniya hökumətində üçün məsləhtçi kimi çalışmış Malqan “Dövlət strategiya sənəti” adlı əsərində yazır ki, Maliyyə Nazirliyi zəifdirsə və bu qurumun strateji yanaşması yoxdursa, bütövlükdə hökumətin strateji vizionun oması çətindir. Yəni açar qurumdur Maliyyə Nazirliyi…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam