Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiyanın Ehtiyat Fondu bu il tükənəcək

rus rubluRusiyanın Ehtiyat Fondu 2016-cı il ərzində 4 dəfəyə yaxın azalaraq 1 trln. rubldan (16,9 mlrd. ABŞ dolları) aşağı enib.

Xeberinfo.com:   Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, bu il ölkənin büdcə kəsirinin örtülməsinə 2,7 trln. rubl (45 mlrd. dollar) vəsait tələb olunacaq ki, Ehtiyat Fondunun vəsaiti buna kifayət etməyəcək.

Xatırladaq ki, 2004-cü ildə Rusiyada neft-qaz gəlirlərinin yığılması üçün Sabitləşdirmə Fondu yaradılıb. 2008-ci ildə isə qlobal maliyyə böhranı nəticəsində fond 2 hissəyə bölünüb – Ehtiyat Fondu və Milli Rifah Fondu yaradılıb.

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının fond bazarları və maliyyə mühəndisliyi kafedrasının müdiri, Rusiya Mərkəzi Bankının keçmiş sədr müavini Konstantin Korişenkonun fikrincə, Ehtiyat Fondunun vəsaitləri bitdikdən sonra Milli Rifah Fondunun vəsaitləri xərclənəcək: “Hazırda buna gərək duyulmaya bilər. Çünki neft qiymətləri 55 dollar/barel olduğu bir vaxtda, neft satışından əldə olunan gəlirlər büdcəni doldurmağa kifayət edir”.

“VTB” bankı Müşahidə Şurasının sədri Sergey Dubinin açıqlamasında Milli Rifah Fondunun vəsaitlərinin 3 ilə kifayət edəcəyini qeyd edib: “Bu Fondun vəsaitlərinin xərclənməsini düzgün hesab etmirəm”.

“Sberbank”ın baş analitiki Mixail Matovnikov isə hesab edir ki, büdcə kəsirini maliyyələşdirmək üçün fondların vəsaitindən daha çox borclanmalardan istifadə olunmalıdır. Onun fikrincə, Milli Rifah Fondundan xərclənəcək vəsait Mərkəzi Bankın ehtiyatlarını azaltmayacaq. Yaradılan fondlar iqtisadiyyatda əlavə pulları sterilizasiya etmək üçün yaradılmışdır və hazırda xərclənir.

Xatırladaq ki, dünən, yanvarın 12-də Rusiyanın 6-12 yanvar hesabat həftəsi üçün qızıl-valyuta ehtiyatlarının həcmi açıqlanıb. Həftə ərzində ehtiyatlar 1,4 mlrd. dollar və ya 0,37% azalaraq 377,7 mlrd. dollara düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam