Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Regionlara investorları necə cəlb edə bilərik?- Təkliflər

 

Regionlara investorları necə cəlb edə bilərik? - Təkliflər

Yenixeber.org: Prezident İlham Əliyev ötən gün regionların sosial-iqtisadi inkişafına həsr olunan konfransda yerli icra orqanları qarşısında konkret tapşırıqlar qoyub. Ölkə başçısı bildirib ki, yerli icra orqanları iş adamlarını sərmayə qoyuluşuna cəlb etməlidir.

Prezident bununla bağlı çıxışında deyib: “Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər”.

Yerli icra orqanları necə investisiya cəlb edə bilər?

Millət vəkili Tahir Mirkişili AzVision.az-a bildirib ki, ölkə başçısının tapşırığı ilə regionların iqtisadi siyasətində yeni mərhələyə qədəm qoyulur:



“Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı 14 ilə yaxındır ki, həyata keçirilir. Bu proqramın hədəflərinə fikir versək, buna əsas platformanın yaradılması kimi də yanaşa bilərik. Yəni, sosial-iqtisadi infrastrukturun yaradılması, yolların çəkilməsi, qaz, elektriklə bağlı problemlərin həll olunması bu platformaya daxildir. Çünki problemlər həll edilmədən hər hansı bir investoru cəlb etmək qeyri-mümkündür. Məhz buna görə biz düşünürük ki, artıq investorların cəlb edilməsi, xüsusilə iqtisadiyyatın inkişaf etdirilməsi üçün ilkin mərhələnin böyük bir hissəsi başa çatmaq üzrədir. Biz artıq regionların iqtisadi siyasətində yeni mərhələyə qədəm qoyuruq ki, bu mərhələ iqtisadiyyatın inkişafı etdirilməsi, istehsalın artması və xarici investorların cəlb olunmasıdır. Bununla bağlı ölkənin müxtəlif yerlərində sənaye məhəllələri, aqroparklar, yeni təsərrüfatlar yaradılır. Təcrübə göstərir ki, yerli icra hakimiyyəti orqanları şəraitin yaradılmasına daha çox aktivlik göstərərsə, maraqlı olarsa, həmin rayonların iqtisadi inkişafında sıçrayış əldə etmək mümkündür”. 

Deputatın fikrincə, təsadüfi deyil ki, artıq ötən ildən 33 rayona dövlət büdcəsindən ayrılan dotasiya və subsidiya dayandırılıb. Yəni 33 rayon özü-özünü iqtisadi cəhətdən təmin etmə mərhələsinə daxil olub: "Məhz bu onu göstərir ki, rayon icra hakimiyyətləri, rayonun inzibati strukturları iqtisadi cəhətdən lazım olan iqtisadi siyasəti həyata keçirə bilirlərsə, onda həmin rayon nəinki subsidiya almağı dayandırır, həm də xarici investorları cəlb oluması üçün lazımı şərait yaratmağı bacarır.



T.Mirkişili qeyd edib ki, yerli icra orqanlarının investorları cəlb etməsi üçün dünyanın bütün ölkələrində xüsusi proqramlar var: “Məsələn, Avropa Birliyində ayrı-ayrı regionlar arasında rəqabət gedir. Bu rəqabətdə hansı region daha çox investor cəlb edə bilər, iqtisadi cəhətdən hansı region daha çox ümumdaxili məhsula malikdir, adam başına düşən milli gəlir hansı regionda daha çoxdur kimi prinsiplər üzrə xüsusi rəqabət formaları, platformaları mövcuddur. Bunun sonunda isə hər region müvafiq olaraq mükafatlandırılır. Düşünürəm ki, belə platformaların, yarışların tətbiq olunması, ölkənin ayrı-ayrı regionları üzrə həm xarici investorların cəlb olunması, həm də iqtisadi qurumların, müəssisələrin daha çox yaranıb inkişaf etməsinə səbəb ola bilər”. 

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam