Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

2018-ci ildə dənli bitkilər istehsalı və ehtiyatında yeni rekordlar gözlənilir

2018-ci ildə dənli bitkilər istehsalı və ehtiyatında yeni rekordlar gözlənilir

 

Oktyabr ayında ərzaq qiymətləri qismən süd məhsulları səbəbindən 2011-ci ildəki rekord qiymət göstəricisindən ortalama 27% aşağı düşüb

 

Yenixeber.org: BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinin orta göstəricisi oktyabr ayı üçün 176,4 % faiz təşkil edib. Bu, sentyabr ayının göstəricisindən 1,3 % aşağı olsa da? bir il öncəki göstəricidən 2,5 % çoxdur.

FAO ərzaq qiymətləri indeksi ərzaq səbəti üzrə beynəlxalq qiymətlərdəki aylıq dəyişikliyin göstəricisidir.  

Süd məhsulları üzrə FAO qiymət indeksi may ayından etibarən ilk dəfə olaraq bu ay ərzində 4,2 % azalıb. 

İdxalçılar Okeaniyadan yeni idxal gözləyərək alışa can atmadığından yağ və süd tozu üzrə beynəlxalq qiymət göstəriciləri oktyabr ayında enib. Eyni zamanda, Avropa Birliyi ölkələrində tələbatın aşağı olması və ehtiyatların həddən artıq çoxluğu da süd tozunun qiymətini aşağı salıb.

İstehsalda müsbət gözləntilər fonunda əsas palma və soya yağının qiymətinin düşməsi nəticəsində bitki yağları üzrə FAO qiymət indeksi sentyabr ayı ilə müqayisədə 1,1 % enib.

Braziliyanın valyutasındakı zəifləmə, AB ölkələrində şəkər çuğunduru məhsulunda gözlənilən artım və  Rusiya Federasiyasında böyük istehsal şəkər üzrə FAO qiymət indeksinin 0,7 % düşməsinə təsir göstərib.

Donuz əti ixracatçıları arasında artan rəqabət və idxala tələbin artmaması beynəlxalq qiymətləri aşağı saldığından ət üzrə FAO qiymət indeksi 0,9 % düşüb. 

Buğdanın qiymətinin aşağı olmasına rəğmən, düyünün qiymətinin yüksəlməsi dənli bitkilər üzrə FAO qiymət indeksində 0,4%-lik artıma səbəb olub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam