Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tağı Əhmədovsuz metronun 100 günü

 

Yeni rəisin əlində Tağı Əhmədovu həbsə atdırmaq üçün saysız miqdarda faktların olduğu iddia edilir

Adətən, bütün normal ölkələrdə idarəetmə sistemindən asılı olaraq, prezident, yaxud baş nazirin fəaliyyətinin ilk 100 gününə qiymət verilir. Mətbuat və ümumilikdə ictimaiyyət bunu geniş şəkildə müzakirə edir. Təbii ki, Azərbaycanda həm mətbuat, həm də ictimai rəy bütün normal ölkələrdəki ilə müqayisədə tam fərqli məna yükü daşıyır. Bu fərqlilik özünü həm də onda göstərir ki, Azərbaycanda “jek” müdirindən tutmuş, nazirə qədər hər bir vəzifə sahibi özünü rəhbərlik etdiyi qurumun və orada çalışanların prezidenti, yaxud baş naziri hesab edir. Hörmətli Tağı Əhmədov da bu xəttin ən sadiq təmsilçisi olub. Onun yerinə təyin olunmuş Zaur Hüseynovu kiminləsə eyniləşdirmək fikrindən uzaq durmaqla, onun da yeni postdakı ilk 100 gününü qiymətləndirmək pis olmaz. Daha doğrusu yuxarı – aşağı 110 gününü (O, bu vəzifəyə fevralın 27-də təyin olunub).

Ticarətsiz metro, metrosuz ticarət

1taqƏn böyük dəyişiklik ticarət köşklərinin yığışdırılmasıdır ki, bu da Tağı Əhmədovdan başqa hər hansı bir digər məmura ziyan vurmayıb. Bir də əsas ziyan çəkənlər – bədbəxt ticarətçilərdir, hansı ki, ev-eşiklərini girov qoyaraq, banklardan böyük məbləğdə kredit götürüblər. Bəs görəsən, o ticarət köşklərini Azərbaycanda görməyən vardımı? O köşklər qanunsuz idilərsə, uzun illərdir onların fəaliyyətinə necə yol verilib? Tağı Əhmədov nə böyük adammış ki, o vəzifədən götürülməmiş bu köşkləri yığışdırmaq mümkün olmayıb? Bunu görüb, göz yuman daha yüksək ranqlılar niyə cavabdehlik daşımır? Hər şey atılıb metronun köhnə və təzə rəislərinin üstünə. Onların tabe olduqları və onların da tabe olduqları şəxslər(!) hara baxırdılar, niyə cavab vermirlər? Deyəsən ağır suallıar oldu və belə suallar adamı metronun apardığı yerlərdən daha uzaqlara apara bilər, burda dayansaq yaxşıdır…
Bu yerdə bir qədim rəvayəti xatırlamamaq olmur. Sən demə ta qədim dinlərə görə, insanların canını Allah özü alırmış. Sonradan insanlar kimisi atasının, kimisi qardaşının, anasının və digər yaxınlarının ölümünə görə yaradana qarğış edirmiş. Bunun qarşısını almaq üçün də yaradan Əzraili yaradıb ki, insanlar ona yox, əzrailə irad bildirsinlər. İndi sanki hörmətli Zaur Hüseynov cənablarına da bu Əzrail(ƏSTAĞFÜRÜLLAH) missiyası tapşırılıbmış. O da “şükür Allaha ki” bu missiyanın öhdəsindən Bakı polisinin köməyilə məharətlə gələ bildi! Metroda ticarət minlərlə kiçik sahibkarın və onların ailələri də nəzərə alınmaqla bəlkə də 10 minlərlə insanın çörəyi hesabına yığışdırıldı. Sanki bu adam o vəzifəyə məhz metro ticarətini yığışdırmaq üçün təyin olunub. Bəs sonra?

İcra başçısı, yoxsa metro rəisi?

1DDDHələlik, ən çox nəzərə çarpan dəyişiklik ticarət köşklərinin yığışdırılmasından sonra odur ki, Nəriman Nərimanov adına DEPOnun ərazisində təmir və abadlıq işləri aparılır. Adətən icra başçıları yeni təyin olunan kimi, parkları yenidən qurur və görünən odur ki, Zaur Hüseynov cənabları da bu yolla gedir. Ancaq metro hansısa rayonun icra hakimiyyəti deyil və burada “gözə kül üfürmək” mümkünsüzdür. Çünki görölən işin nəticəsi abadlaşdırılmış parklar yox, metronun vaqon parkı, onun təhlükəsiz və səmərəli xidməti ilə ölçülür. Bəs metropolitenin birbaşa təyinatı üzrə hansı dəyişikliklər baş verib? Təəssüf ki, bu baxımdan sadalayacaq çox şey yoxdur. Qatarlar yenə gecikir, yenə (uzaq olsun) faciəvi qəzalardan sığortalanmağımızı təmin edəcək hansısa yenilik yoxdur, yenə normal ölkələrdəki sərnişindaşıyıcı-sərnişin münasibtlərindən uzağıq. Metro işçilərinin maaşları dünya standartları ilə müqayisəadə qat-qat aşağıdır və s.
Zaur Hüseynovun özü isə mətbuatdan uzaqdır, sanki ona deyiblər ki, sən Tağı Əhmədovun səhvlərini buraxma və qəti mətbuatı yaxına qoyma. Hər halda demirik ki, Tağı müəllim kimi həm şer-ədəbiyyat adamı olsun, həm də nəinki bir ziyalının, hətta dünyadan, mədəniyyətdən uzaq birinin özünə yaraşdırmayacağı şəkildə “ sən ordan cızıllayirsan, bu burdan cızıllayır”, “borcum yoxdu sənə” vəs. bu kimi ifadələr istifadə edib gülüş hədəfinə çevrilsin. Ancaq hər halda 3 aydan artıq müddət bir strateji obyekt rəhbəri üçün az vaxt deyil və ola bilməz ki, onun mətbuata, cəmiyyətə deyiləcək sözü olmasın. Amma hörmətli Zaur Hüseynov cənabları susur! Görəsən niyə? Hesabat verəcək iş görməyib,  ya gördüyü işlərin hesabatını verə bilmir…?

Zaur Hüseynovun təyinatında əsas məqsəd nə olub?

1zataZaur Hüseynovun təyinatından sonra metroda müəyyən müsbət dəyişikliklərin olduğunu etiraf etməsək, insafsızlıq olar. İşçilərin qida rasionunda müəyyən dəyişikliklər edilib və bu, müsbət haldır. Yerlibazlılq, yekəxanalıq və s. kimi məsələlərin önə çəkildiyi mühit qismən də olsa ortadan qaldırılıb. Lakin yeni rəisin təyinatında əsas məqsəd bunlar ola bilməzdi. Bəlkə əsas məqsəd Tağı Əhmədiovun “zibillərini” ortaya çıxarmaqmış? Bəzi məlumatlara görə, yeni rəisin əlində Tağı Əhmədovu həbsə atdırmaq üçün böyük sayda faktlar var.
Hörmətli Zaur Hüseynovun təcrübəli mühasib olduğunu nəzərə alsaq, bu faktların aşkarlanmasında qeyri-adi bir şey yoxdur. Və bildirilir ki, bu faktlarla bağlı yuxarılara bütün məlumatlar ötürülüb. Lakin nədənsə(!) Tağı müəllimin məsələsinin şişirdilməsinə icazə verilməyib.
Bilirsizmi, məsələn Əli İnsanov təcrübəsi olduqca ibrətamizdir. İnsan 10-15 il bir yüksək vəzifədə çalışır və indiki hakimiyyətin təbirincə desək, birdən-birə onun rüşvətxor, korrupsioner, xəyanətkar və sair olduğu bəlli olur. Adama deyərlər, bu 15 ildə hara baxırdınız? Hanı sizin maliyyə, vergi, hüquq-mühafizə qurumlarınız? Niyə adam məhz yuxarılardan gələn siyasi qərarla vəzifəsindən uzaqlaşdırılandan sonra qovha-qov başlayır? Demək istədiyimiz odur ki, Tağı müəllimi də o vəzifədən düşürən heç də onun maliyyə-iqtisadi “günahları” deyil, bu günahlar şükür ki, hakimiyyətdəkilərin hamısının ayağında var və ən azı milyonlarla ölçülür.
Sadəcə, bu adamınki bura qədərmiş, yəni xidmət etdin, alacağını aldın, verəcəyini verdin(bəlkə də lazımınca vermədin) çəkil kənara! Zaur Hüseynov kimi kadrlar isə Tağı Əhmədov kimi ambisioz fiqurları birdən əgər “çaşarlarsa” cəzalandırmaq üçün olduqca münasibdirlər. Yəni metroda yeyinti xirtdəyəcəndir – “ölü canlara” maaş yazılmasından tutmuş , metro ticarəti və reklam, müxtəlif xərclərin şişirdilməsinə qədər milyonıarla fakt tapa bilərsiniz. Deməli, Zaur Hüseynovun təyinatı bir növ bir güllə ilə iki dovşan vurmaqdır – köhnə və məlum bölgənin kadrları uzaqlaşdırılır, daha proqressiv, peşəkar və ambisiyadan uzaq olanlarla əvəzlənir, həm də hakimiyyətin sifəti hamının istehza mənbəyinə çevrilən ləkəciklərdən təmizlənir…

Yeni rəisi daha böyük vəzifələr gözləyir?

Ancaq bu təyinatın məqsədlərindən biri də yeni rəisin daha yüksək vəzifələr üçün hazırlanması ola bilər. Belə ki, metropolitendə Zaur Hüseynovun bir müddət sonra daha yüksək vəzifəyə təyin olunacağı barədə söhbətlər dolaşır. Onun hakim ailəyə yaxın və “köhnə qvardiya”dan uzaq olduğu şəksizdir. Digər tərəfdən, onun savadı və təcrübəsi də daha yüksək vəzifələr üçün kifayət edəcək qədərdir. Qalır yeni vəzifədə özünü doğrultması. Onu da bacarsa, bütün qapılar açıqdır. Lakin bacarırmı? Burada bir qədər ləng hərəkət etdiyi göz qabağındadır. Məsələn, kiçik bir nüans – nədənsə, metro işçilərinin yenidən sənədlərinin toplanması prosesi olduqca ləng və üzücü forma alıb. Bu proses yeni struktur dəyişiklikləri ilə bağlıdır və metronun strateji obyekt olduğu nəzərə alındıqda, bu hardasa başa düşüləndir. Lakin nədənsə, 4 aya yaxındır bu proses yekunlaşmaq bilmir, bilmək olmur bura MTN-dir, ya metropoliten? Əgər Zaur Hüseynov cənabları belə işləyəcəksə, yeni vəzifə üfüqləri bir az uzaq məsafələrə çəkiləcək…

TAHİR M.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam