Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Bakı Metropoliteni”ndə kütləvi kadr dəyişikliyi olacaq

                    

   

    Keçmiş “Azərtunelmetrotikinti”nin bütün idarələrinin təftiş olunacağı gözlənilir

                          

    2 saylı tunel tikinti idarəsinin rəisi Vəli Məmmədov xüsusi ilə narahatdır

 

     “xeberinfo.com”: Yaxın günlərdə “Bakı Metropoliteni” QSC-nin bütün strukturlarında-istər keçmiş Bakı Metropolitenində, istərsə də keçmiş “Azərtunelmetrotikinti” ASC-də-ciddi yoxlamalara başlanacağı gözlənilir. Bununla bağlı siyasi hakimiyyətə bağlılığı olan mənbəmiz məlumat verib. Bu yoxlamalardan vəzifə sahiblərinin ən yaxşı halda işdən kənarlaşmaqla cəzalanacağı gözlənilir.

 

     “Tağı Əhmədovun idarəçiliyi məlum idi. Dövlət büdcəsindən ayrılan və metronun öz gəlirləri milyonlarla ölçülür. Bu vəsaitin illərdir ki, xərclənməsində bir nəzarətsizlik olub. Daha doğrusu, Tağı Əhmədov xarakterinə uyğun olaraq həmişə belə düşünüb. Amma elə deyil, dövlət hər bir strukturuna və məmurunun fəaliyyətinə lazımı səviyyədə nəzarət edir. Bu mənada Tağı Əhmədovdan da hesab sorulacağı şübhəsizdir.

   “Azərtunelmetrotikinti” ASC-də isə vəziyyət bir başqa cür bərbaddır. Məlum olduğu kimi bu qurum metro tikintisi ilə məşğuldur. Son illər isə dövlət ayırmaları hesabına bu təşkilat demək olar ki, tam gücü ilə işləyirdi.

  “Azərtunelmetrotikinti” heç də xırda təşkilat deyil-Tunel Tikinti İdarələri, Mexanizasiya Müəssisəsi, Təchizat İdarəsi və s. İnsafən bu ASC-nə uzun illər rəhbərlik edən Şaiq Əfəndiyev korrupsiyaya bulaşmamış, personası təmiz məmur kimi tanınır. Amma nə qədər porodoks olsa da onun əksər idarə rəisləri haqqında belə xoş söz demək mümkün deyil. Onlar birinci adamın başı üzərindən çox oyunlar oynayıblar. Hətta pul, vəzifə naminə açıq şəkildə düşmənçilik edən idarə rəisləri də var”.

 

     Bu sözlər mənbəmizin bizimlə söhbətində dediklərinin kiçik bir qismidir. Məlum olduğu kimi ötən ayın 27-də dövlət başçısının müvafiq sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” ASC birləşdirildi və bu qurumların bazasında “Bakı Metropoliteni” QSC yaradıldı. Yeni yaradılan quruma sədr təyin olunan Zaur Hüseynov elə mətbuata ilk açıqlamasında da kadr dəyişikliyinin anonsunu vermişdi. Jurnalistin kadr dəyişikliyi ilə bağlı sualına Zaur müəllimin cavabı təxminən belə olmuşdur: “Müsbətə doğru dəyişiklik olacaq”.

 

    Bu istiqamətdə mənbəmiz “xeberinfo.com”ya daha bir konkret məlumat verdi. Söhbət 2 saylı tunel tikinti idarəsinin rəisi Vəli Məmmədovun fəaliyyətindən və onunla bağlı gözlənilən qərardan gedir. Məlumata görə uzun illərdir bu sahədə ömür xərcləyən Vəli Məmmədov yüksək çinli bir məmura bağlılığı və geniş maliyyə imkanları ilə tanınan birisidir. Hətta o dərəcədə ki, onun son zamanlar “Azərtunelmetrotikinti” ASC-nin sədri postuna açıq şəkildə iddialı olduğu da bildirilir. Bu istiqamətdə yetərincə şaba xərcləyən cənab Məmmədov özünə rəqib saydığı təchizat idarəsinin rəisi Qasım Qasımova açıq şəkildə savaş da elan edibmiş...

 

      Vəli Məmmədovun idarə rəisi kimi fəaliyyəti ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Hətta o dərəcədə maraqlı ki, Vəli müəllimin məhz bu səbəblərdən təftiş olunacağı və ... gözlənilir.

 Bu məlumatlar sırasında isə onun iş prosesində bacısı oğlu Rüstəmlə birgə həyata keçirdiyi “layihələr”, dəfələrlə rəhbərliklə “razborka”ları,  Bakıda və Moskvada (Oğlunun idarəçiliyi ilə. Red.) geniş kommersiya strukturları və s. fərqlənir.

   

    Biz yanlışlıq olar deyə, bu məlumatları lazımınca araşdırmadan yazmırıq. Qarşıdakı günlərdə hörmətli Vəli Məmmədovun da mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.

 

 

 

    Valeh       

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam