Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Fuad Nağıyevin sevimli şirkəti:Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatı keçirəcək. 
Yenixeber.org: Qurum bununla bağlı satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi "Vega Travel Management” MMC seçilib. Destinasiya təqdimatının keçirilməsi üçün şirkətə 19 470 manat ödəniləcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vega Travel Management” MMC 2 dekabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur. 
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Vega Travel Management” MMC sifarişləri əsasən Dövlət Turizm Agentliyindən alır. Agentlik təkcə 2025-ci ildə şirkətlə 2 521 634,73 manatlıq satınalma müqaviləsi imzalayıb. Qurumun "Vega Travel Managemenet” MMC-yə alternativ görməməsinin səbəbi məlum deyil. 
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. O, 2018-ci ildən bu vəzəfədə çalışır. Fuad Ağayev ötən ilin martında şiddətli töhmət alması ilə gündəmə gəlib. Həmin vaxt mediada dərc edilən məlumatlara görə, ona şiddətli töhmət verilməsi rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.(Qaynarinfo)
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam