Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Mərkəzi Bankın bəyanatları dollarlaşma prosesini sürətələndirə bilər”

013e76586e74d2d523d029d918ecc9d9_XL

 

Bir neçə gün öncə İqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməlidir.

 

Xeberinfo.com:   “Marja”nın ekspertləri hesab edir ki, Mərkəzi Bankın bəyanatları və açıqlamaları dollarlaşmanın qarşısını ala, tərs dollarizasiya prosesinin sürətlənməsinə kömək edə bilər.
Manatda üzən məzənnə rejiminə keçilməsinə baxmayaraq hələ də Mərkəzi Bankın “Manatın kəskin üzməyinə imkan verilməyəcək”, “Kəskin məzənnə tərəddüdləri hamarlanacaq” və ya “1 dolların 2 manat olacağı şaiyədir” şəkilində bəyanatlar verməsi dollarlaşma prosesini sürtələndirir. Dünya təcrübəsində mərkəzi banklar ictimaiyyəti bəyanatlar ilə yönləndirirlər. Azərbaycan Mərkəzi Bankının hazırkı bəyanatları isə biznesin və əhalinin risklərini daha da artıra bilər. Bu bəyanatlar ilə insanlar az da olsa sakitləşir və dollarda borclanmağa meyl edirlər.
Azərbaycan Mərkəzi Bankı yuxarıda qeyd edilən bəyanatlar əvəzinə məzənnənin səviyyəsi barədə bir hədəfinin və öhdəliyinin olmadığını açıq və sadə şəkildə cəmiyyətə söyləməli və şəffaf bir pul siyasəti aparmalıdır. Belə olan halda məzənnə, iqtisadi subyektlər tərəfindən bir risk kimi qəbul ediləcəkdir. Yəni, məzənnə hər an yüksələ bilər. Bu zaman iqtisadi subyektlər məzənnə riskini nəzərə alaraq xarici valyutada aktiv formalaşdırmağı və borclanmanı azaldacaqlar. “Məzənnənin səviyyəsi barədə bir hədəfin və öhdəliyin olmadığını” söyləmək də Manata müdaxilənin başa çatdığı anlamına gəlməməlidir, mərkəzi bank özlüyündə bu istiqamətdə fəaliyyətini davam etdirməlidir. Lakin dollarlaşmanın azaldılması məqsədilə, cəmiyyət verilən doğru mesajlar ilə yönləndirilməlidir.
Azərbaycan Mərkəzi Bankı tezliklə inflyasiya hədəflənməsi rejiminə keçməlidir. İnflyasiya hədəflənməsi -qiymətlərin sabitliyinin əsas hədəf kimi götürüldüyü pul siyasəti rejimidir. Bu rejimin tətbiqi zamanı Mərkəzi Bank qiymətlərin sabitliyi üçün yüksək dərəcədə məsuliyyət daşıyır. Qısası, mərkəzi bank tərəfindən bir inflyasiya hədəfi səviyyəsi müəyyən olunur (adətən 2%) və mərkəzi bankın pul siyasəti inflyasiyanın 2 faiz olmasına xidmət edir.
Əgər Azərbaycanda qiymətlərin sabitliyi təmin olunmasa dollarlaşma prosesini azaltmaq mümkün olmayacaq. Elə bir iqtisadi və pul siyasəti aparmaq lazımdır ki, məzənnə dalğalanmaları qiymətlərdə dərhal əks olunmasın. Bunun üçün Azərbaycanda güclü daxili istehsal yaradılmalı, Azərbaycanın ixrac gəlirlərində neftin payı 90%-dən 30%-ə endirilməlidir. Yəni, Manatın məzənnəsinin düşüb qalxması ilə bərabər, ərzaq məhsullarının qiymətləri də düşüb qalxmamalıdır. Məsələn, son 5 ildə Yapon yeni ABŞ dolları qarşısında 34% dəyərdən düşüb (ötən il 5%), ancaq bu müddətdə Yaponiyada malların və xidmətlərin qiymətləri 34% qalxmayıb. Ölkədə inflyasiya sıfıra yaxındır, hətta bəzi aylarda ölkədə deflyasiya qeydə alınıb. Yaponiya Mərkəzi Bankı ən yumuşaq pul siyasəti apararaq inflyasiyanın 2%-ə qalxması üçün çalışır.
Dollarlaşmanın dayanması üçün, bundan sonra Manatın alış gücü qorunub saxlanımalı və bu məqsədlə vaxt itirmədən tədbirlər görülməlidir.
Əhalinin milli valyutaya etimadını bərpa etmək üçün makroiqitisadi sabitlik qorunmalı, yenidən kəskin devalvasiya qeydə alınmamalı, yüksək inflyasiya baş verməməli, Manatın alış gücü saxlanılmalı, dövlət mümkün olan qədər manatla əməliyyatları artırmalı, birjadan geniş istifadə təşviq edilməlidir (əhali pulunu qorumaq üçün təkcə əmanətə yönəlməməlidir).
Bunu da qeyd edək ki, dollarlaşma ilə mübarizə aparan bir sıra ölkələrdə (Məsələn, Türkiyədə) mərkəzi banklar müstəqildir. Mərkəzi bank öz qərarlarını müstəqil verir və onun fəaliyyətinə siyasi müdaxilələr yolverilməz sayılır. Mərkəzi Bank əhali və şirkətlərin inamını qazanmalı və onu itirməməlidir.
Dollarlaşma – bir ölkədə milli valyuta əvəzinə Dollardan istifadənin artmasına deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam