Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Manat daha da “ölə” bilər

 

Mərkəzi Bank manatda üzən məzənnə rejiminə keçsə də, bazarı tərk etmir.

Xeberinfo.com:   Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Biz məzənnəni idarə edəcəyik. Biz bazardayıq. Biz bu gün ilk auksionumuzu təşkil etdik. Biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Buna qədər biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra artıq biz bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcəyik” deməsi narahatlıqları artırır. Yəni, Mərkəzi  Bank yenə valyuta ehtiyatlarından xərcləyəcəkdir. Devalvasiyaya gedilməsinin səbəblərindən biri valyuta ehtiyatlarının azalmasına imkan verməmək idi. “Əgər Mərkəzi Bank bu məqsədlə üzən məzənnə rejiminə keçibsə, yenə valyuta ehtiyatlarının xərclənməsi nə deməkdir?” sualı indi çoxlarını düşüdürür.  Əgər vəziyyət düzəlməsə, dollara tələb yüksək qalarsa Mərkəzi Bank bir müddətə qədər bazarda qalacaq və sonra valyuta ehtiyatlarının “əriməsinə” imkan verməmək üçün Manatın “ipini” buraxacaqdır. Bu hal  Manatın daha da “ölməsi” ilə nəticələnə bilər.

Elman Rüstəmov dünən dövlət televiziyasında çıxışında “valyuta ehtiyatlarının zalmasına imkan verə bilmərik” şəkilində də fikir bildirib.

Elman Rüstəmov çıxışında belə bir ifadə işlədib: “Biz hesab edirik ki, bu rejim bizə, Manatın əsas dəyərini, bu günkü real dəyərini tapmağa imkan verəcəkdir”. Bu açıqlama da narahatlığı artırıb. Ehtimal olunur ki, Manatın dollar qarşısında real qiyməti 1,55 manatdan da yüksəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam