Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dollar ajiotajının günahkarı Mərkəzi Bankdır”

“Dollar ajiotajının günahkarı Mərkəzi Bankdır”

 

 

İqtisadçı Samir Əliyev Mərkəzi Bankın zəif işlədiyini iddia edib. 
Xeberinfo.com:  Məlumata  görə, iqtisadçı buna şənbə-bazar günləri baş verən dollar ajiotajını əsas gətirib: “Baş verənlər Mərkəzi Bankın ictimaiyyətlə zəif işlədiyini bir daha göstərdi. Ölkədə az qala fövqəladə hadisə baş verib, amma Mərkəzi Bank gərginliyi azaltmaq üçün zəruri açıqlama vermir. Onun işini isə Banklar Assosiasiyası görür. Hər bir halda ölkənin baş bank requlyatoru bu məsələyə ciddi yanaşmalıdır.
Digər tərəfdən, Mərkəzi Bank hərracda bankların tələbatını ödəmir, lazımi həddə dollar satışı həyata keçirmir. Bu da sonradan dollar qıtlığını qabarıq göstərir. Cəmiyyətdə ciddi ajiotajın olduğu zamanda Mərkəzi Bank müəyyən əli açıqlıq etməlidir”.
Samir Əliyev bayramla əlaqədar qarşıdakı qeyri-iş günləri ilə bağlı narahatlığını da bildirib: “Həmin dövrdə də Mərkəzi Bank cəmiyyətdəki reaksiyalara həssaslıq yaratmasa, bayramdan qabaq bankları dollarla təmin etməsə, valyuta bazarında gərginlik olacaq. Bu nüansları nəzərə almaq lazımdır. Nəzərə alaq ki, söhbət 5 günlük qeyri-iş rejimindən gedir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam