Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... -İLGİNC FAKTLAR

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu xəstəxananın suyla bağlı işlərini ödənişlə icra edəcək
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi mexanika sahəsi üçün lazım olan bolt-qaykalar alır.

Yenixeber.org: Xidmət bu məqsədlə “Direct Line Trading” MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Bolt-qaykaların toplam dəyəri 214 155 AZN-dir(pravda).
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyində olan digər müəssisələrdə də şübhəli tenderlər artıb.
Məsələn, az əvvəl Agentliyin "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsinin 336 732 manatlıq kombi alması və bu məqsədlə "Buta Supply" MMC ilə imzaladığı müqaviləyə diqqət edək.
Bu şirkətlə anlaşmanın təfərrüatına toxunmadan qeyd edək ki, şirkət dövlət xidmətinə 16 kombi, 1 metrlik 231 ədəd radiator və 3 430 metr boru satacaq və bunun müqabilində 337 min manat alacaq.
Əgər normal kombilərinin birinin 1000-1500 manat olduğunu nəzərə alsaq, 337 min manatın necə əsaslandırılaraq ayrılması maraq doğurmaya bilməz.
Hazırda bu və ya digər məqamlarla yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 5 iri şəhərlə müqayisədə digər şəhər və rayonlarda vəzifəli şəxslər arasında fərqli maaş tətbiqi ilə yanaşı, Abşeron və Şirvandakı yeni qalmaqallarla bağlı araşdırmamız davam edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur. Onun adı indiyə qədər bir çox neqativ iddialarda, o cümlədən iki qudasını yüksək vəzifəyə təyin etməsi kimi xoşagəlməz məsələlərdə hallanıb.(mia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam