Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beynəlxalq Bank işində həbslərin yeni dalğası

 

Cahangir Hacıyevə yaxın şirkətlərin rəhbərlərinə verilən möhlət bitib; Beynəlxalq Bankın Rusiyadakı törəməsinin rəhbəri işdən çıxarıldı

Xeberinfo.com:   Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın Idarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvaləolunub.

Rəfael Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın Idarə Heyətinin sədrinin müavini vəzifəsinətəyin edilib(APA).

Bəzi məlumatlara görə, Fuad Abdullayevin işdən çıxarılması Beynəlxalq Bankla bağlı kredit qalmaqalı iləəlaqəlidir. Hətta onun həbs ediləcəyi barədə də iddialar var. Qeyd edək ki, “kredit qalmaqalı”nın ilk günlərində Beynəlxalq Bankın Birləşmiş ƏrəƏmirliklərindəki nümayəndəliyinin rəhbəri Adil Hüseynov həbs olunub.

Ümumiyyətlə isə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, yaxın günlərdə “kredit qalmaqalı” iləbağlı yeni həbslər dalğası başlayacaq. Iddialara görəəsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Məlumat üçün deyək ki, bu şirkətlərin sayı 40-a yaxındır. Kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DIN-inin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədidiyinə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam