Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Cahangir Hacıyev üçün çətin mərhələ...

 

 

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Birləşmiş Ərəb Əmirliklərindəki poladtökmə zavodu və tekstil fabriki əlindən alınır.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, hazırda bu müəssisələrlə bağlı təhvil-təslim işləri aparılır. 
Məlumat üçün deyək ki, poladtökmə zavodu və tekstil fabriki Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə əmirliyində inşa edilib. Bu müəssisələrin inşasına Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyini rəhbəri Adil Hüseynov nəzarət edib. Adil Hüseynov hazırda "kredit qalmaqalı"na görə həbsdədir. 
Vəkili Kamandar Nəsibovun mətbuata verdiyi açıqlamaya görə, o, Beynəlxalq Bankdan 319 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunur. Lakin Adil Hüseynov bu vəsaitin sözügedən müəssələrin inşasına sərf olunduğunu bildirir. Məlumatda bildirilir ki, təhvil-təslim işləri ilə yanaşı zavod və fabrikin inşasına nə qədər vəsait sərf olunduğu da araşdırılır.
Məlumatda həmçinin bildirilir ki, Cahangir Hacıyev ölkə prezidenti İlham Əliyevə Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı hesabat hazırlayıb. Hesabat 6 milyard manatlıq problemli kreditlərlə bağlıdır. Bu barədə bəzi dəqiqləşdirmələr aparırıq. Növbəti günlərdə təfərrüatları açıqlayacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam