Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan bu il 39 milyard manatlıq neft və qaz hasil edib

 

Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 milyard 302 milyon 300 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% azalıb.

Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında xəbər verilib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 38 milyard 732 milyon 200 min manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.

Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27 milyon 597 min 800 ton, əmtəəlik təbii qaz hasilatı isə 33 milyard 146 milyon 800 min kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5% azalıb, əmtəəlik qaz hasilatı isə 4,3% artıb”, - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 27 milyon 695 min 400 ton neft (7,4% azalma) və 44 milyard 221 milyon 100 min kubmetr qaz (4,1% artım) hasil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam