Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Elman Rüstəmovdan devalvasiya siqnalı – VİDEO

 

Azərbaycan valyutasının dollar və avroya nisbətdə orta illik məzənnəsi müəyyən edilib.
"Xeberinfo.com":   Məlumata görə, qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb
ANS TV-nin məlumatına görə, hökumətin açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirib.
2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, qarşıdakı 4 il ərzində 1 dollar 1 manat 5 qəpik, 1 avro 1 manat 13 qəpik civarında qalacaq.
Amma bu proqnozlar Azərbaycandakı iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirəri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.
Bank qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu isə Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
Amma Mərkzi Bankın sədri Elman Rüstəmov narahatlığa əsas görmür:
“Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün bugün heç bir əsas yoxdur”.
Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə fevral ayında devalvasiyaya uğradı. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam