Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rus və belarusların İtaliyada 2 milyardlıq aktivləri dondurulub

 
İtaliya hakimiyyəti Avropa İttifaqının tətbiq etdiyi sanksiyalarla əlaqədar rus və belarusların təxminən 2 milyard avro məbləğində hesablarını, daşınar və daşınmaz əmlakını və digər aktivlərini dondurub.
Yenixeber.org: İtaliyanın Maliyyə İnformasiyaları İdarəsinin rəhbəri Enzo Serata hesablamalar aparıb.
"Bu ilin iyun ayının sonuna olan məlumata görə, 80 qurumun adına 170 maliyyə əməliyyatı dondurulub. Dondurulmuş vəsaitlərin ümumi məbləği 330 milyon avrodan çoxdur", - Serata xüsusilə qeyd edib.
2022-ci ildən Avropa Komissiyası dəfələrlə bəyan edib ki, mövcud qanunvericilikdə Aİ-nin birtərəfli məhdudiyyətləri nəticəsində dondurulmuş xarici aktivlərin müsadirəsinə və onların başqa şəxsə və ya dövlətə verilməsinə icazə vermir. Eyni zamanda, 2022-ci ilin yayından etibarən Avropa Komissiyası bu cür vəsaitlərin müsadirəsini qanuniləşdirmək üçün Avropa normalarının dəyişdirilməsi istiqamətində aktiv işə başlayıb. Avropa Komissiyasının məlumatına görə, Aİ-də Rusiya Federasiyası Mərkəzi Bankının təxminən 200 milyard avro aktivi və 24 milyard avroya yaxın şəxsi fondu bloklanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam