Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Problemli kreditlər rəsmi rəqəmdən 3 dəfə çoxdur

34516

 

Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20% səviyyəsində qiymətləndirilir.

 

Xeberinfo.com:  “APA-Economics” xəbər verir ki, bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
“İqtisadi azalma və milli valyutanın devalvasiyası Azərbaycanın bank sektorunda sabitliyi pozur. Manatın devalvasiyası xarici valyutada əmanətlərin həcminin artmasına, eləcə də problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20%-i təşkil edir”, – deyə hesabatda qeyd olunub.
Agentliyin qiymətləndirmələrinə görə, bank sisteminin əlavə kapitallaşmaya ehtiyacı var: “Ölkənin ən iri bankı Azərbaycan Beynəlxalq Bankı dövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit “Aqrarkredit” BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının fevral ayının yekununa əsasən açıqladığı statistikaya görə, ölkədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 6,5% təşkil edib. Göründüyü kimi rəsmi rəqəm “Mood’s”un açıqladığı rəqəmdən təxminən 3 dəfə azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam