Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Bu gecə El-Klasiko olacaq

 

 

Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək. 

Yenixeber.org: Məlumata görə, "Santyaqo Bernabeu" stadionundakı XXVI tur qarşılaşması Bakı vaxtı ilə 2 mart, saat 24:00-da başlanacaq.

25 oyundan sonra "Barselona" 55 xalla liderdir, "Real Madrid" isə 53 xalla 2-ci yerdə gedir. Kataloniya komandasına liderliyini qoruması baxımından heç-heçə də kifayət edir. "Kral klubu" isə İspaniya Kubokunda mübarizəni dayandırması və Çempionlar Liqası ilə vidalaşmağa yaxın olduğunu nəzərə alaraq ("Real Madrid" 1/8 final mərhələsinin ilk görüşündə "Mançester Siti"yə evdə 1:2 hesabı ilə uduzub), yalnız çempionluq titulu üçün şanslarını qoruyur. "El-Klasiko"dan qalib ayrılacağı təqdirdə, Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv hədəfinə doğru ciddi addım atacaq.

 

 

"Real Madrid"in heyətində Eden Azar və Marko Asensio zədəlidir, Luka Yoviç iştirak ərizəsinə salınmayıb. Rodriqo əvəzedicilərin oyununda qırmızı vərəqə aldığı üçün əsas komandanın da matçını buraxacaq. "Barselona"dan Usman Dembele, Luis Suares və Serxi Roberto zədə üzündən oynamayacaq. Xordi Alba iştirak ərizəsinə daxil edilsə də, hələ 100 faiz hazırlıqlı deyil.

Qeyd edək ki, görüşü tanınmış FIFA referisi Antonio Migel Mateu Laos idarə edəcək. Bu komandalar arasında ilk dövrənin qarşılaşması qolsuz yekunlaşıb.(report)  

İspaniya çempionatı, XXVI tur

2 mart

24:00. "Real Madrid" - "Barselona"

Baş hakim: Antonio Migel Mateu Laos

Madrid, "Santyaqo Bernabeu" stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam