Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu gün onların istefası tələb olunacaq 

 

Bu gün onların istefası tələb olunacaq 

Bu gün Azərbaycan millisi komandası Slovakiya qarşısında növbəti sınağına çıxacaq.  Amma əsas imtahanı AFFA verəcək.  Təximini səkkiz min azarkeşin önündə. Görəsən, AFFA bu imtahandan keçə biləcəkmi? Niyə də yox?!

Yenixeber.org: Yığmanın məzmunsuz oyunundan bezən azarkeşlər artıq təngə gəlib. AFFA-nın siyasətindən narazı qalan futbol fanatları, tək çarəni federasiya rəhbərliyinin istefasında görürlər. Azərkeşlər hər dəfə məğlub olan milli görmək istəmirlər. Belə də yox!

Bunun üçün artıq sosial şəbəkələrdə istefa kampaniyasına da start verilib. Belə ki, böyük futbol səhifələri, azarkeşləri millimizin Slovakiya ilə oyununa gəlməyə və AFFA istefa şuarına qoşulmağa dəvət edir. Elxan Məmmədovun səriştəsiz idarəetməsinə dözə bilməyən azarkeşlər deyəcək ki, “Bu qədər də yox!”

Hər oyunda tapşırılmış oyunçuların meydana çıxması və məşqçilər korpusunun futbolçu tapmaqda çətinlik çəkirik dəməsinə artıq öyrəşmişik. On milyon olmuşuq, 10.000.000. Nəcə yəni on bir futbolçu yoxdur bu “Land of Fire”da? Sadəcə, selleksiya işləri aparıb istedadları tapmaq lazımdır. Nə çox!!!

İlk dəfədir ki, çoxları bu gün millinin uduzmasını istəyir. Tam səmimi… Çünki milli bu gün qalib gəlsə, bu qələbə azarkeşlər üçün morfeydən başqa bir şey olmayacaq. Bu gərəksiz qələbə ilə başımızı qatacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam