Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib

 

 

Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib

 

Yenixeber.org: Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında bildirilir. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb.

Rzayev, Əfəndiyev və Cəlilovdan alınmış nümunələrdə isə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Birincinin orqanizmində stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron maddəsi tapılıb. Digər bodibildinqçidə klenbuterol və tamoksifen metaboliti aşkarlanıb. Sonuncuda isə dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon təsbit edilib.

2012-ci ildə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı olmuş Mikayılovun cəzası 2017-ci il iyulun 5-də qüvvəyə minib və 2019-cu il yanvarın 5-də başa çatacaq. Bodibildinqçilərə gəldikdə, Rzayev və Əfəndiyevdə bu müddət 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilovda isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam