Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

15 yaşlı Məhəmməd Azərbaycan -çempionu oldu

 

 

Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.

Yenixeber.org: Çempionatın son turu olduqca maraqlı və dramatik keçib. 5-ci turdan turnir cədvəlində liderliyi ələ alan İsmayıl Şahəliyev son turda gözlənilmədən ağ fiqurlarla Nail Bəşiriliyə məğlub olaraq ilk pilləni təhvil vermıli olub. Baxmayaraq ki, İsmayıla ölkə çempionu adını qazanmaq üçün bu oyunda hətta heç-heçə də bəs edirdi.

İsmayılın məğlub olması 15 yaşlı Məhəmməd Muradlının işinə yarayıb. Məhəmməd ötənilki çempion Abdulla Qədimbəyli ilə heç-heçə edərək Azərbaycan çempionu adını qazanıb. Hər iki şahmatçı yekun sıralamada 6.5 xala malik olsalar da, əlavə göstəricilərə görə Məhəmməd ölkə birnciliyinin qalibi olub. Üçüncü yeri qrossmeyster Ülvi Bacarani tutub. Çempionatda qələbə 15 yaşlı "vunderkində" pul mükafatı və martın 17-dən 30-dək Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa Çempionatında iştirak etmək hüququnu qazandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam