Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Azərbaycan İranla heç-heçə etdi-(YENİLƏNDİ)

 

Azərbaycan İranla heç-heçə etdi

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında VIII turun oyununu keçirib.

Yenixeber.org: Rəqib İran yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Komandanın heyətində Qədir Hüseynov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub.

Rauf Məmmədov rəqibini məğlub edib, Arkadi Naydiç isə uduzub.

Dünya çempionatı, VIII tur

İran - Azərbaycan - 2:2

Parham Maqsudlu - Arkadi Naydiç - 1:0

Puya İdani - Rauf Məmmədov - 0:1

Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5

Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 6-cı, İran isə 8-ci xalını qazanıb. Dünya çempionatına sabah yekun vurulacaq.

***

Qazaxıstanın paytaxtı Astanadakı Komandalararası Dünya Çempionatında bu gün VIII turun oyunları keçiriləcək.

 Turnirdə ölkəmizi təmsil edən kişilərdən ibarət milli komanda İran təmsilçiləri ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Bundan başqa, eyni vaxtda İsveç - Rusiya, Hindistan - ABŞ, Misir - Qazaxıstan və Çin - İngiltərə qarşılaşmaları da start götürəcək.

Qeyd edək ki, mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

Hazırda turnir cədvəlinə 12 xalla Rusiya başçılıq edir. İngiltərə 11 xalla 2-ci, Hindistan 10 xalla 3-cü yerdə qərarlaşıb. ABŞ və Çin hərəyə 8 xalla 4-5-ci yerləri bölüşür. İran 7 xalla 6-cı, Azərbaycan 5 xalla 7-cidir. Qazaxıstan və İsveç hərəyə 4 xalla 8-9-cu yerləri bölüşürlər. 1 xala malik Misir isə sonuncudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam