Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Cudoçularımız -Avropada 7 medal qazandı

Cudoçularımız Avropada 7 medal qazandı
Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində Vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib.
Yenixeber.org: Azərbaycan Cüdo Federasiyasından xəbər verilir ki, 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi ilə Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar.

Komanda yarışlarında da idmançılarımız uğurla çıxış ediblər. 16-17 yaşlı karateçilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Azərbaycan komandası birinci yeri tutub. Onu da qeyd edək ki, yığma komandanın tərkibində “Judo Club 2012” 8 idmançı ilə təmsil olunub.

Çempionatda fərdi yarışlarda qazanılmış medallardan 6-sı (2 qızıl, 3 gümüş, 1 bürünc) onların payına düşüb. Belə ki, Musa Məmmədov (14-15 yaş) -63 kq, Fərid Ağayev (16-17 yaş) -76 kq çəki dərəcələrində qızıl, Rəsul Abbasov (14-15 yaş) -57 kq, Abbas Dadaşov (16-17 yaş) -68 kq, Adil Quliyev (16-17 yaş) -76 kq çəki dərəcələrində gümüş, Kənan Babayev (16-17 yaş) -68 kq çəki dərəcəsində bürünc medala sahib olublar.

“Judo Club 2012”nin yetirmələri Fərid Ağayev, Abbas Dadaşov, Kənan Babayev, çempionatda 16-17 yaşlı karateçilərin komanda yarışlarının qalibi olan millimizin tərkibində əzmkarlıqla mübarizə aparıblar.

Macarsıtanda Azərbaycanı təmsil edən heyətə “Judo Club 2012”nin karate bölməsi üzrə baş məşqçisi Namiq Pirverdiyev də daxil idi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam