Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İdmançımız -erməniyə qalib gələrək çempion oldu

İdmançımız erməniyə qalib gələrək çempion oldu
Sentyabrın 20-də Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.
Yenixeber.org:  Finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, 52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, 63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, 57 kq) və Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıblar.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib. O, həmçinin İran Karate Federasiyasının prezidenti Seyed Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.

Sentyabrın 20-22-də keçirilən və ümumi mükafat fondu 60 min avro olan 15-ci “Urmia Open” yarışında 12 ölkədən 412 karateçi iştirak edir. Yarış yeniyetmə və gənclər üçün oktyabrın sonunda Çilidə keçiriləcək dünya çempionatına hazırlıq xüsusiyyəti də daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam