Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AVRO-2020:Türkiyə qrup liderliyinə yüksəlib, Ronaldu 4 qol vurub

 

 

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulub.

Yenixeber.org: Məlumata görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunub. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçirilib.

Qarşılaşmalarda yüksək məhsuldarlıq qeydə alınıb. Qapılara ümumilikdə 34 qol vurulub. Son dünya çempionu Fransa Andorranı 3, Türkiyə Moldovanı 4 cavabsız qolla məğlub edib. Dünya çempionlarının heyətində Antuan Qrizmann ötən tur Albaniya ilə matçda olduğu kimi, yenə penaltidən yararlana bilməyib. H qrupunun daha bir matçında İslandiya səfərdə Albaniyaya uduzub. Nəticədə Türkiyə daha üstün top fərqinə malik olduğu üçün Fransanı geridə qoyaraq, liderliyə yüksəlib. İslandiya isə bu iki komandadan 3 xal geri düşüb.

A qrupunda İngiltərə Kosovo ilə görüşdə məhsuldar qələbəyə imza atıb - 5:3. Çexiya isə səfərdə Monteneqronu 3:0 hesabı ilə yenərək, 2-ci pilləyə qayıdıb.

Nəhayət, B qrupunda Portuqaliya səfərdə Litvanı darmadağın edib - 5:1. Qollardan 4-nü Kriştianu Ronaldu vurub. Lüksemburq isə Serbiyaya 1:3 hesabı ilə uduzaraq, 2-ci pilləni əldən verib.

AVRO-2020, seçmə mərhələ

VI tur

A qrupu

22:45. İngiltərə - Kosovo - 5:3

Qollar: Rəhim Sterlinq, 8. Harri Keyn, 19. Mergim Voyvoda, 38 (öz qapısına). Ceydon Sanço, 44; 45+1 - Valon Berişa, 1; 49. Vedat Muriç, 55 (pen.)

İstifadə olunmamış penalti: Harri Keyn, 65 (İngiltərə)

22:45. Monteneqro - Çexiya - 0:3

Qollar: Tomaş Suçek, 54. Lukaş Masopust, 58. Vladimir Darida, 90+4 (pen.)

Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5).

B qrupu

22:45. Litva - Portuqaliya - 1:5

Qollar: Vitautas Andryuşkeviçyus, 28 - Kriştianu Ronaldu, 7 (pen.); 62; 65; 76. Vilyam Karvalyu, 90+2

22:45. Lüksemburq - Serbiya - 1:3

Qollar: Davit Turpel, 66 - Aleksandar Mitroviç, 36; 78. Nemanya Radonyiç, 55

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)

H qrupu

22:45. Albaniya - İslandiya - 4:2

Qollar: Kastriot Dermaku, 32. Elseid Husay, 52. Odise Roşi, 79. Sokol Çikalleşi, 83 - Gilfi Siqurdsson, 47. Kolbeyn Siqtorsson, 58

22:45. Fransa - Andorra - 3:0

Qollar: Kinqsli Koman, 18. Kleman Lanqle, 52. Vissam Ben Yedder, 90+1

İstifadə olunmamış penalti: Antuan Qrizmann, 28 (Fransa)

22:45. Moldova - Türkiyə - 0:4

Qollar: Cenk Tosun, 37; 79. Deniz Türüc, 57. Yusuf Yazıcı, 88

Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam