Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

DÇ-2018:Bu gün 1/8 final mərhələsi start götürəcək


Uruqvay və Portuqaliya yığmaları dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar

Yenixeber.org: Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsi start götürəcək.

Məlumata görə, Fransa Argentina, Uruqvay isə Portuqaliya ilə üz-üzə gələcək.

Əvvəlcə Fransa və Argentina komandaları münasibətlərinə aydınlıq gətirəcək. Danimarka, Peru və Avstraliya ilə birgə C qrupunda mübarizə aparan fransızlar ilkin mərhələni məğlubiyyətsiz başa vurub. Avstraliya və Perunu məğlub edən komanda son turda Danimarka ilə heç-heçə edib və qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

Argentina isə Nigeriya, İslandiya və Xorvatiya ilə birgə D qrupunda mübarizə aparıb. İlk turda İslandiya ilə heç-heçə edən yığma ikinci turda Xorvatiyaya uduzub. Cənubi amerikalılar sonuncu turda Nigeriyanı məğlub etməklə qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Fransa və Argentina bu vaxta qədər 11 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 9-u yoldaşlıq görüşlərinə təsadüf edib. Komandalar dünya çempionatlarında isə 2 dəfə qarşılaşıblar. Yığmalar ilk dəfə 1930-cu il Uruqvayda keçirilən mundialda üz-üzə gəliblər. Həmin matçda Argentina 1:0 hesabı ilə qələbə qazanıb. 1978-ci ildə Argentinada təşkil olunan çempionatda isə meydan sahibləri rəqibini 2:1 hesabı ilə üstələyib.

Günün digər oyununda isə son Avropa çempionu Portuqaliya Uruqvay səddini keçməyə çalışacaq. Uruqvay A qrupunda Misir, Səudiyyə Ərəbistanı və Rusiya ilə mübarizə aparıb. Hər üç oyunda qələbə qazanan komanda qapısında qol görməyib. Portuqaliya isə Mərakeş, İspaniya və İran yığmaları ilə B qrupunu ikinci pillədə başa vurub.

Uruqvay və Portuqaliya yığmaları bu vaxta qədər iki dəfə üz-üzə gəliblər. Komandalar dünya çempionatları tarixində isə ilk dəfə qarşılaşacaqlar. 

DÇ-2018, 30 iyun, 1/8 final

18:00. Fransa - Argentina

Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)

Kazan, "Kazan Arena"

22:00. Uruqvay - Portuqaliya

Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)

Soçi, "Fişt" stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam