Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fransa, yoxsa Belçika? -74-cü oyun, 114 illik rəqabətin tarixçəsi

Fransa, yoxsa Belçika? - 74-cü oyun, 114 illik rəqabətin tarixçəsi
Bu gün dünya çempionatında ilk finalçı adı uğrunda Fransa və Belçika milliləri üz-üzə gələcək. "Sankt-Peterburq" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.
Yenixeber.org: Komandalar arasında keçirilən qarşılaşmaların statistikasını təqdim edirik:

Komandalar arasında bu günə qədər baş tutan qarşılaşmalarda Belçika üstündür. Belçika və Fransa milliləri arasında bu günə qədər 11-i rəsmi, 62-i hazırlıq olmaqla 73 oyun keçirilib. Belçika bu qarşılaşmalardan 30-da qələbə qazanıb, 24-də isə məğlub olub. 19 qarşılaşma isə bərabərliklə başa çatıb. Belçikanın vurduğu 160 qola Fransa 127 qolla qarşılıq verib.

Bu gün keçiriləcək qarşılaşma komandalar arasındakı ilk yarım final olacaq. İki komanda daha öncə Dünya Kuboklarında iki dəfə üz-üzə gəliblər. 1938-ci ildə Fransanın ev sahibi olduğu turnirin ilk turunda oynanılan matçda fransızlar 3:1 hesablı qələbəyə seviniblər.

Meksikanın ev sahibi olduğu 1986-cı il mundialında isə qalib penaltilər seriyasından sonra bəlli olub. 3-cü yer uğrunda, əsas hissəsi bərabərliklə başa çatan qarşılaşmada Fransa penaltilər seriyasında 4:2 üstün olub.

İki komanda arasındakı son matç 2015-ci ildə olub. Fransada keçirilən yoldaşlıq oyununda Belçika 4:3 hesabı ilə üstün olub.

Komandalar arasında ən böyük hesablı qalibiyyətə isə Belçika nail olub. Belçika 7 may 1905-ci ildə paytaxt Brüsseldə qonaq etdiyi Fransanı 7:0 hesabı ilə məğlub edib.

İki komanda arasındakı 114 illik rəqabətdə ən qollu oyun 1956-ci ildə oynanılıb. Fransada Dünya Kubokunun Avropa seçmələrində ev sahibləri Belçikanı 6:3 hesabı ilə məğlub edib.

Bu gün Fransa Dünya Kuboklarında 65-ci oyununa çıxacaq. 15 mundiala qatılan Fransa 1998-ci ildə ev sahibliyi etdiyi turnirdə çempion olub. Həmin tarixdən bu günə qədər Fransa qatıldığı 4 turnirin heç birində yarım final mərhələsinə adlaya bilməyib.

FİFA reytinqində 7-ci sırada olan Fransa mundiallar tarixində keçirdiyi 64 oyunun 32-də qələbə qazanıb, 19-da məğlub olub, 13-də isə heç-heçə edib. Rəqib qapılarıdan 115 qol keçirib, qapısında isə 75 qol görüb.

13-cü dəfə mundiala qatılan Belçika isə bu gün Dünya Kuboklarında 47-ci oyununa çıxacaq. Belçika indiyə qədər keçirdiyi 46 oyundan 19-da qələbə qazanıb, 18 matçda məğlub olub, 9 oyunu isə heç-heçə başa vurub. Rəqib qapılarıdan 66 qol keçirib, qapısında isə 71 qol görüb.(azvision)

Kənan Məmmədov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam