Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında -iştirak edəcək Azərbaycan...

Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında 122 idmançı ilə təmsil olunacaq. Nümayəndə heyətinin ümumi sayı isə 198 nəfərdən ibarət olacaq.

Yenixeber.org: Bunları Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.

Festivalda Azərbaycanın şef-de-missionu olacaq H.Rzayevin sözlərinə görə, 48 ölkənin idmançıları 135 dəst medal uğrunda mübarizə aparacaqlar. Qonaqların ümumi sayı isə 3900 nəfər təşkil edəcək.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam