Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları"nın ilk qalibi Türkiyə idmançısı olub -FOTO

Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” start götürüb.

Yenixeber.org: Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mayın 28-dək davam edəcək yarışlarda 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınayacaq. Yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə körpücük üzərinə hamıdan öncə zərif cinsin nümayəndələri qalxıblar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda toplam 114 kq (54+60) nəticə və 198.4 Sinkleyr xalı ilə türkiyəli Nurgül Yüksel qızıl medala sahib çıxıb. İkinci pilllədə toplam 117 kq (53+64) nəticə və 186.4 xalla gürcüstanlı Mariam Maysuradze qərarlaşıb. Üçüncü yeri toplam 107 kq (45+62) və 174.3 xalla Azərbaycan atleti Selcan Qarayeva tutub.

Ağır atletika üzrə yarışlar iki gün davam edəcək.

Zirvə Oyunlarında idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunlar böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam