Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağır atletika üzrə açıq turnirə start verilib

 

Yenixeber.org: Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnirinə start verilib.

Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak edirlər.

Artıq 50 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Ömər Cavadov toplam 165 kq (75+90) nəticə ilə qızıl medala sahib çıxıb. İkinci yeri 148 kq (68+80) nəticə ilə Əvəz Tağıyev, üçüncü yeri isə 127 kq (56+71) nəticə ilə Heydər Yusifov tutub.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman F.Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

50 kq

N Adı Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam

1. Cavadov Ömər Xırdalan Zirvə 48.60 75 90 165
2. Tağıyev Əvəz Neftçala Zirvə 46.00 68 80 148
3. Yusifov Heydər Goranboy Zirvə 43.00 56 71 127
4. Rəhimov Müşfiq İsmayıllı Zirvə 46.10 50 70 120
5. İsmayılov Çingiz Goranboy Zirvə 47.30 53 63 116
6. Nəbiyev Ravil Bakı Spartak 49.10 50 65 115
7. Muradov Fərid Bakı Təhsil 44.80 52 61 113
8. Məmmədli Ədalət İsmayıllı Zirvə 44.90 51 60 111
9. Mirzəzadə Sərhəd Lənkəran Zirvə 45.00 48 50 98
10. Qasımzadə Ülvi Cəlilabad UGİM 46.00 41 52 93
11. Miriyev Sahil Cəlilabad UGİM 38.50 35 – –

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam