Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli komandamız 135-ci yerdə

 

FİFA 2014-cü ilin son reytinqini açıqlayıb.

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycanın milli futbol komandası ili 135-ci yerdə tamamlayıb (Reytinq cədvəli).

FİFA-nın reytinqində komandaların son 4 ildəki nəticələri qeydə alınır. Qaydalara əsasən, hər oyuna görə komandalara xal verilir.

Bir oyun üçün komandalar 0-dan 2400-dək xal ala bilərlər. Ən yüksək xalı (2400) reytinqin liderini dünya çempionatının final turnirində məğlub etməklə almaq olar, amma bu zaman hər iki komandanın maksimal regional əmsala malik qitələri təmsil etməsi də vacib şərtdir.

Məğlubiyyət üçünsə 0 xal verilir. Sıfır olmayan ən az xal isə 42,5-yə bərabərdir. Bu xalı ən aşağı regional əmsala malik qitənin təmsilçilərinin yoldaşlıq görüşündə reytinqdə 150-ci və ya daha aşağı yerdə qərarlaşmış komanda ilə heç-heçə edən alır.

Hər oyuna görə verilən xalların hesablanması zamanı nəticə (qələbə, heç-heçə və ya məğlubiyyət, həmçinin penaltilər seriyasında qələbə və ya məğlubiyyət), daha sonra oyunun əhəmiyyəti nəzərə alınır. Məsələn, dünya çempionatının final turnirindəki qələbə 4,0 əmsalla, yoldaşlıq görüşündəki qələbə isə 1,0 əmsalla hesablanır.

Rəqibin gücü də hesaba alınır. Təbii ki, reytinqdə daha yüksək mövqedə qərarlaşmış rəqibi məğlub etmək daha çox xal qazandırır.

Qitələrdə, futbolun səviyyəsi müxtəlif olduğundan regional əmsal da mövcuddur.

Bundan başqa son bir ildə baş tutan oyunlara daha çox önəm vermək üçün zaman əmsalı da var. Məsələn, son 12 ayda keçirilən oyunların əmsalı 1,0, 36-48 ay əvvəl keçirilən oyunların əmsalı isə 0,2-yə bərabərdir.

Hər 12 aylıq dövrdə hər oyuna görə qazanılan xallar toplanaraq sonra oyunların sayına bölünür. Hər 12 aylıq dövrdə əldə olunan rəqəmlər müvafiq zaman əmsalına vurulur, toplanır və nəticədə komandaların yekun xalı müəyyənləşir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam