Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Millimiz Dünya Çempionatında mübarizəyə başlayır- BU GÜN

Millimiz Dünya Çempionatında mübarizəyə başlayır - BU GÜN

Bu gün Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatı start götürür.

Yenixeber.org: Çempionatda ölkəmizi kişi şahmatçılardan ibarət milli komanda təmsil edəcək.

Təmsilçilərimizin ilk görüşü Çin yığması ilə olacaq. Bu komandalar arasında mübarizə Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Millinin aparıcı üzvləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu turnirdə iştirak etməyəcəklər. Səbəbə isə digər turnirlərə hazırlıq mərhələlərində olmalarıdır. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edəcək.

Azərbaycan-Çin qarşılaşmalarından başqa, bu gün həm də Hindistan-İsveç, İran-Rusiya, Misir-ABŞ və İngiltərə-Qazaxıstan qarşılaşmaları da oynanılacaq.

Dünya çempionatı ümumilikdə 9 turdan ibarət olacaq. Yarışa martın 14-də yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam