Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Hidayət və Rüstəm mübarizəyə qoşulur

    

Hidayət və Rüstəm mübarizəyə qoşulur
Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.
 Yenixeber.org: Kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Dünya çempionatı

57 kq

1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)

73 kq

1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)

1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam