Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya çempionatı:Azərbaycan şahmatçısı qalib oldu

 İtaliyanın Sardiniya adasının paytaxtı Kalyaridə reytinqi 2300-ə qədər olan həvəskar şahmatçılar arasında Dünya çempionatı keçirilib

Yenixeber.org: 56 ölkədən olan 245 şahmatçı üç qrupda (reytinqi 1700-ə qədər, 2000-ə qədər, 2300-ə qədər olanlar) mübarizə aparıb.
Azərbaycan şahmatçısı, 1987-ci il təvəllüdlü Kənan Hacıyev də Dünya çempionatında iştirak edib. İsveçrə sistemi üzrə keçirilən və reytinqi 2000-nə qədər olanların turnirdə yarışan Kənan uğurlu nəticə gösərib. Reytinqi 1959 olan həmyerlimiz yarışa 10-cu sıradan başlayıb və bütün rəqiblərinə qalib gəlməklə 9 xal toplayıb. O, şahmatda çox nadir hallarda rast gəlinən 100 faizlik nəticə göstərib.
Turnirin əsasnaməsinə görə ilk iki kateqoriyada qalib gələn şahmatçılara FİDE utsası titulu verilir. Bundan əlavə şahmatçımıza 500 avro mükafat, kubok və qızıl medal verilib. Mükafatlandırma mərasimində Azərbaycan himni səsləndirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam