Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Komandamız 3-cü yerdə

 

Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş dünya çempionatının nəticələrində dəyişiklik baş verib. 


"Xeberinfo.com": Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra öz təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Ş.Erdoğanın 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba güləşçisi Xavier Kortinaya verilməsinə qərar verib.

Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını 4-cü sırada tamamlamış Azərbaycan sərbəst güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub.

Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev - 61 kq) və 1 gümüş (Xetaq Qazyumov - 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında 36 xal qazanaraq Rusiya və İrandan sonra 3-cü yerdə qərarlaşıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam