Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qətər millisi Amerika Kubokunda iştirak edəcək

 

 

Yenixeber.org: Futbol üzrə Qətər milli komandası 2019-cu ildə keçiriləcək Amerika Kubokunda iştirak edəcək.

“Report” Qətər Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, asiyalılar yarışın təşkilatçılarından gələn təklifi müsbət dəyərləndiriblər.

Amerika Kuboku gələn il 7 – 30 iyunda Braziliyada keçiriləcək. Yarışda Cənubi Amerikanın 10, digər konfederasiyaların isə 6 təmsilçisi iştirak edəcək. Qətər kollektivi ilə yanaşı, Meksika, Yaponiya və Çin yığmalarnın da yarışa qatılacaqları dəqiqləşib.

Qeyd edək ki, 1910-cu ildə təsis edilmiş yarışda Cənubi Amerikanın 10 yığması - Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Paraqvay, Peru, Uruqvay, Çili və Ekvador iştirak edib. 1993-cü ildən Amerika Kubokuna Meksika millisi, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasından (CONCACAF) bir komanda qatılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam