Yenixeber.org: Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.
"Rosbalt” agentliyinə istinadən xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.
İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün əmr verib. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.
Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u ("cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər. Hazırda N.Səlifovun Türkiyədə yaşadığı bildirilir.