Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada azərbaycanlı "killer"in məhkəməsi başlayır

Rusiyada azərbaycanlı "killer"in məhkəməsi başlayır

 

 

Rusiyanın Ulyanovsk vilayətində ərini öldürməyi Azərbaycan vətəndaşına sifariş verən qadının cinayət işi məhkəməyə göndərilib

 

Yenixeber.org: Bu barədə Ulyanovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq tərəfindən vilayətin ağır cinayət törətməkdə ittiham olunan iki sakini barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq materiallarına görə, qətl hadisəsi 2014-cü ilin oktyabrında Dmitrovqrad şəhərində baş verib. 36 yaşlı kişinin cəsədi Svirskaya küçəsində yerləşən evlərin birinin giriş qapısında tapılıb.

Cinayətin təhqiqatı iki ildən çox çəkib. Müstəntiqlər mərhumla arvadı arasında münaqişəsnin olduğunu müəyyən ediblər. Məlum olub ki, qadın çörək sexində çalışan 39 yaşlı Azərbaycan vətəndaşına 500 min rubl qarşılığında ərini öldürməyi sifariş verib.

O, "killer"i qətli törətmək üçün silahla da təmin edib, ona 16 mm çaplı ov tüfəngi və mobil telefon verib.

Azərbaycanlı "killer" qadının ərini evin giriş qapısında güllələyərək öldürüb.

İstintaq Komitəsi qadın və Azərbaycan vətəndaşı barəsində Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb.

Azərbaycan vətəndaşına sifarişli qətl və qanunsuz odlu silah gəzdirmək maddəsi ilə ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam